Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:54

İmtahan bitib


İmtahan, arxiv foto

İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdlərinin buraxılış imtahanının ikinci mərhələsini keçirib.

İmtahanda şagirdlərin biliklərini yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib

DİM-də operativ qərargah fəaliyyət göstərib .“Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb”,DİM qeyd edir

İyunun 3-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılmalıdır. Nəticələr yaxın günlərdə elan edilməlidir.

İmtahan ilə əlaqədar şagirdlərin müraciətlərinə baxılmasından ötrü Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

“Şagirdlər Apelyasiya Komissiyasına 3, 4, 7 iyun tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.”,DİM məlumatında yazılıb.

--

Bu gün, iyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdlərinin buraxılış imtahanının ikinci mərhələsini keçirir.

İmtahan saat 11:00-da başlanır.

DİM-in yaydığı məlumata görə, imtahanların keçirilməsindən ötrü qeyd olunan şəhər və rayonlarda 81 imtahan mərkəzi ayrılıb.

İmtahanda 37670 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Prosesin idarə olunmasına 81 ümumi imtahan rəhbərinin, 248 imtahan rəhbərinin, 2978 nəzarətçi müəllimin, buraxılışı təşkil edən 265 əməkdaşın və 81 bina nümayəndəsinin ayrıldığı bildirilir.

Xatırlatma

Dövlət İmtahan Mərkəzi Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlərinin buraxılış imtahanının birinci mərhələsini martın 3-də keçirib.

Qalan bölgələrin ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlərinin imtahanı da başqa vaxtlarda keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG