Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:16

9 saylı dairənin namizədləri MSK qarşısına toplaşıblar


Deputatlığa namizədlər MSK qarşısında nəticələrin ləğvini təlb ediblər
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Deputatlığa namizədlər MSK qarşısında nəticələrin ləğvini təlb ediblər

Bu gün, fevralın 15-də 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Milli Məclisə keçirilən seçkilərdə namizəd olmuş çəxslərdən bəziləri Mərkəzi Seçki Komissiyanın (MSK) qarşısına toplaşıblar.

Onlar bu dairədən seçkilərin nəticələri ləğv edilməsini tələb ediblər.

Namizədlərdən Elşad Musayev 9 saylı Binəqədi İkinci Seçki Dairəsində seçki prosesinin böyük pozuntularla keçdiyini bildirib.

Elşad Musayev
Elşad Musayev

O vurğulayıb ki, bir başqa dairədə seçkilərin nəticələrini ləğv etmək asandır. Onun iddasına görə, bu dairədə hakim ayiləyə yaxın bir adamın adı hallanıb. Elşad Musayevin qeyd etməsinə görə, indi MSK test qarşısındadır.

Namizədlərdən Günel Səfərova isə Mərkəzi Seçki Komissiyasına ünvanlanmış bəyanatı oxuyub. 15 namizəddən 8-i imzaladığı bəyanatda qeyd edilib ki, 9 saylı Binəqədi İkinci Seçki Dairəsində seçki günü “karusel”lər ( təlimatlandırılan seçicilərin ardıcıl bir neçə məntəqədə səs verməsi-red) işə salınıb və qutulara topa bülletenlər atılb.

Ülvü Həsənli və Günel Səfərova
Ülvü Həsənli və Günel Səfərova

Habelə vurğulanıb ki, müşahidəçilərə təzyiqlər olub.

G. Səfərov vurğulayıb ki, Dairə Seçki Komissiyasında (DSK) onların şikayətlərinə iştirak etmədikləri halda baxılıb və təmin edilməyib.

Namizədlərdən Ülvi Həsənli də seçkilərin nəticələrinin ləğvini tələb edib:

“Belə biabırçı seçki olmayıb, namizədin döyülməsi, jurnalistlərə fiziki təzyiq…”

MSK bu dairədən lider namizəd kimi hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi Kamaləddin Qafarovu açıqlayıb.

9 saylı Binəqədi İkinci Seçki Dairəsinin namizədlərinin bu açıqlamasına, hələlik, nə K.Qafarovdan, nə də Dairə Seçki Komissiyasından münasibət almaq mümkün olub.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurların aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşdırılması idi», - rəydə vurğulanıb.

Hazırda da bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib. Hələ də, bir çox şikayətlərə baxılır.

Prezident İlham Əliyev də bu günlər vurğulamışdı ki, bu seçkilərdə pozuntular olubsa, araşdırılacaq. «Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin»,- o vurğulayıb.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.

Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG