Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 16:34

Daha bir güləşçi dopinq testdə 'ilişdi'


Foto illüstrasiya

Azərbaycan idmanında növbəti dopinq qalmaqalı yaşanıb.

APA-nın xəbərinə görə, bu dəfə güləşçi Zubair Dibirov-un qanında dopinq aşkar edilib.

Xəbərdə qeyd edilir ki, milliləşdirilən legionerin yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya çempionatındakı testi müsbət nəticə verib.

Fransanın Makon şəhərindəki yarış zamanı onun orqanizmində «stanozolol metabolites» maddəsi aşkarlanıb. Bu səbəbdən də 74 kq çəki dərəcəsində qüvvəsini sınayan Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib. O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək.

Bundan bir qədər öncə digər güləşçi Vitali Rəhimovdan Pekin-2008-də götürülən analiz müsbət nəticə vermişdi və o, Olimpiya gümüş medalından məhrum edilmişdi.

Z.Dibirov dünya birinciliyində 1/4 finalda mübarizəni dayandırmışdı.

XATIRLATMA

2014-cü ildə 2013-cü ilin nəticələrinə görə, Azərbaycanın 18 ağır atleti dopinqə görə cəzalandırılıb. 2015-ci ildə daha 6 ağır atletdə dopinq aşkarlandığı bildirilib. Buna görə Azərbaycan 2016-ci il Rio Olimpiadasındakı iki lisenziyasından məhrum edilib. Bu yaxınlarda da Azərbaycanın ağırlıqqaldırma üzrə 7 atleti dopinq testdən keçə bilmədiklərinə görə 8 il müddətinə yarışlardan kənarlaşdırılıblar.

Ötən ilin sonlarında Azərbaycan parlamenti dopinqlə mübarizəyə dair qanun layihəsini birinci oxunuşda qəbul edib.

XS
SM
MD
LG