Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 02:40

Donald Trump Dövlət katibinə Rusiya ilə münasibətlərin bərpasını göstəriş verib


 Rex Tillerson
Rex Tillerson

ABŞ Prezidenti Donald Trump Dövlət katibi Rex Tillersona Vaşinqtonla Moskva arasında münasibətlərin bərpasını tapşırıb.

Azadlıq Radiosunun iyunun 6-da Reuters agentliyinə istinadla verdiyi məlumata görə, bunu Tillersonun özü Yeni Zelandiyaya səfəri zamanı deyib.

Dövlət katibinin sözlərinə görə prezident ona deyib ki, Rusiyanın ABŞ-dakı seçkilərə təsiri ilə bağlı istintaqın gedişi barədə məlumatlar , Moskva ilə münasibətlərin bərpasına yönəlmiş səylərə xərər gətirməməlidir.

Amma Tillerson istintaqın detallarına aydınlıq gətirməyib, deyib ki, bu barədə onda lazımınca məlumat yoxdur.

Tillerson qeyd edib ki, Rusiya ilə münasibətləri Amerikanın milli maraqlarına cavab verən səviyyəyə qaytarmaq lazımdır.

Qeyd edək ki, hazırda Birləşmiş Ştatlarda Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə mümkün müdaxiləsi ilə bağlı istintaq aparılır.

Müstəntiqlər hesab edir ki, Rusiya həmin vaxt Donald Trump-ın xeyrinə , demokratların serverinə haker hücumu ilə seçkinin gedişinə təsir göstərə bilər.

Rusiya ittihamı rədd edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG