Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:40

Trump-ın Putin-lə görüşdən böyük gözləntisi yoxdur


Donald Trump və Vladimir Putin
Donald Trump və Vladimir Putin

ABŞ prezidenti Donald Trumpın Rusiya prezidenti Vladimir PutinləHelsinki görüşündən böyük gözləntisi yoxdur.

“Ora az gözlənti ilə gedirəm”,Trump CBS televiziya kanalına müsahibəsində deyib.

Amma ABŞ prezidenti qeyd edib ki, görüşdə pis heç nə yoxdur və ola bilsin ki, bir qədər də yaxşı olacaq, görüşə inamla yanaşır.

Donald Trump deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşdə, 2016-cı ildə ABŞ -da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunan 12 rusiyalı kəşfiyyatçı barədə də məsələ qaldıracaq.

Amma qeyd edib ki, Putindən onların ABŞ-a verilməsini istəməyi düşünmür.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin görüşü iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə olacaq.

Bu prezidentlər arasında ilk təkbətək görüş olacaq.

Donald Trump və Vladimir Putin
Donald Trump və Vladimir Putin

Bunadək liderlər iki dəfə beynəlxalq sammitlər çərçivəsində görüşüblər.

Qeyd edək ki, ABŞ prokurorluğu iyulun 13-də ötən prezident seçkiləri vaxtı Demokrat Partiyasının serverlərinə hücuma və seçki kampaniyasına dair mail və başqa oğurlanmış məlumatların sızdırılmasına görə Rusiya kəşfiyyatının 12 zabitinə qarşı yeni ittihamlar irəli sürüldüyünü bəyan edib.

Amma Kremil 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə etmədiyini iddia edir.

Buna da bax:"Tvitter12 Rusiya kəşfiyyatçısı ilə bağlı olan 2 hesabı dondurub".

Bu qalmaqala görə ABŞ-Rusiya münasibətləri kəskin pisləşib və Vaşinqton Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG