Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Donald Trump Şimali Koreyaya təşəkkür bildirib


Donald Trump and Kim Jong Un
Donald Trump and Kim Jong Un

ABŞ prezidenti Donald Trump özünün nüvə poliqonunu ləğv etmək qərarına görə, Pxenyana təşəkkür bildirib.

Bu barədə Reuters və digər qərb agentlikləri xəbər verirlər.

Qeyd edək ki, bu addım ABŞ və Şimali Koreya prezidentlərinin qarşıdan gələn görüşü ərəfəsinə təsadüf edir.

“Şimali Koreya bəyan edib ki, onlar iyunun 12-i böyük görüş ərəfəsində-bu ay nüvə poliqonunu ləğv edəcəklər. Çox sağ olun, çox ağıllı və lütfkar hərəkətdir”, deyə Trump özünün “Tvitter” hesabında yazır.

Buna da bax:Trump Kim-lə iyunun 12-də görüşəcəyini yazır.

Şimali Koreyanın dövlət informasiya agentliyibundan əvvəl bəyan edib ki, Pxenyan yaxın iki həftə ərzində ölkənin şimalındakı nüvə poliqonunu sökmək fikrindədir.

Poliqonun sökülməsi, havadan aslı olmaq şərti ilə mayın 23-25-nə planlaşdırılıb.

ABŞ dövlət katibi Mike Pompeo mayın 11-də bəyan edib ki, əgər Şimali Koreya nüvə silahından əl çəksə, Vaşinqton bu ölkəyə iqtisadi yardım göstərəcək.

Kim Jong Unvə Mike Pompeo
Kim Jong Unvə Mike Pompeo

Buna da bax:Şimali Koreya nüvə silahından intina edə bilər: Amma bir şərtlə.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG