Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Trump Kim-lə iyunun 12-də görüşəcəyini yazır


ABŞ prezidenti Donald Trump Şimali Koreya lideri ilə iyunun 12-də Sinqapurda görüşəcəyini bildirib. O bu barədə özünün Twitter hesabından yazıb:

***

ABŞ prezidenti Donald Trump Şimali Koreyanın azad etdiyi üç amerikalını vətəndə qarşılayıb.

Trump amerikalıları qarşılayıb
Trump amerikalıları qarşılayıb

Kim Dong-chul, Kim Sang-duk (həm də Tony Kim kimi tanınır) və Kim Hak-song-un olduğu hərbi təyyarə mayın 10-da səhər Vaşinqton yaxınlığındakı hərbi bazaya enib.

Trump Şimali Koreya lideri Kim Jong Un-a onları buraxdığına görə təşəkkür edib, deyib ki, Kim-in Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə razılaşma əldə etmək istədiyinə inanır.

ABŞ-ın dövlət katibi Mike Pompeo mayın 9-da Pxenyanda Kim-lə görüşüb, onun Trump-la gözlənən sammiti üzrə yekun planları müzakirə edib. Elə amerikalıların buraxılmasına da bu səfər zamanı nail olub.

Şimali Koreya mediası həmin şəxslərin təxribat və ya hökumətə qarşı “düşmən hərəkətləri”nə görə saxlandığını bildirirdi.

Bu həbslər siyasi motivli hesab olunurdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG