Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:00

Kəşfiyyat Trump-ın müşavirinin ruslarla əlaqəsini araşdırır


Michael Flynn
Michael Flynn

Birləşmiş Ştatların əks-kəşfiyyat idarəsi milli təhlükəsizlik müşavirinin Rusiyayla əlaqələrini araşdırır. «The Wall Street Journal» qəzeti bu haqda bilgili mənbələrdən xəbər aldığını yazır.

RUSLARLA DANIŞIQLAR APARIB

ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri təqaüdə çıxmış general Michael Flynn-dir. M.Flynn prezidentin Rusiya siyasətində əsas rol oynayacaq şəxs olmalıdır. Başqa müşavirlər kimi, onun da andiçmə mərasimi dünən – yanvarın 22-də keçirilib.

Elə dünən «The Wall Street Journal» əks-kəşfiyyat idarəsinin M.Flynn-in Rusiya rəsmiləriylə danışıqlarını araşdırdığını ortaya çıxarıb. Qəzetin yazdığına görə, kəşfiyyat dekabrın 29-da gələcək müşavirin Rusiyanın ABŞ-dakı səfiri Sergei Kislyak-a dəfələrlə zəng etdiyini öyrənib. Həmin gün keçmiş prezident Barack Obama Rusiyaya yeni sanksiyalar qoymuş, 35 rus diplomatının ölkədən qovulması haqda qərar çıxarmışdı. B.Obama administrasiyası bu qərarın Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsinə cavab olduğunu bildirirdi.

Buna da bax-'Trump Qarabağ məsələsini həll edə, Nobel ala bilər'

«The Wall Street Journal» yazır ki, hazırda həmin telefon danışıqlarının məğzi, həmçinin M.Flynn-in rus diplomatlarıyla öncəki münasibətlərinin qanunlara zidd olub-olmadığı araşdırılır. Məsələdən xəbəri olanlar ABŞ rəsmilərinin M.Flynn-lə S.Kislyak-ın ünsiyyətinin sonralar da təkrarlanması haqda bilgi əldə etdiklərini deyirlər. Araşdırmanın nə vaxt başladığı, başa çatıb-çatmadığı, nəticələri barədə, hələ ki, bir söz deyilməyib.

AĞ EVDƏ İLK ŞƏXSDİR Kİ...

Ağ evin sözçüsü Sarah Sanders dünənki bəyanatında araşdırmadan xəbəri olmadıqlarını deyib. Belə bir tədqiqat aparılsa belə, ona nəyin səbəb olduğunu anlamadığını söyləyib.

D.Trump-ın keçid komandasının sözçüsü, indi isə Ağ evin mətbuat katibi vəzifəsini icra edən Sean Spicer ayın əvvəlində demişdi ki, M.Flynn-lə S.Kislyak arasında əlaqə D.Trump-la Rusiya lideri arasında danışıqların təşkiliylə bağlıdır, vəssalam.

«The Wall Street Journal» yazır ki, M.Flynn Ağ ev daxilində ilk şəxsdir ki, kəşfiyyat idarələrinin araşdırmasıyla üzləşir. ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FBI), Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Milli Təhlükəsizlik Agentliyi Rusiyanın D.Trump-ın seçilməsini yardım edib-etmədiyini müəyyələşdirməkdən ötrü bir neçə şəxslə bağlı birgə tədqiqat aparmaqdadır.

XS
SM
MD
LG