Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:55

Trump Türkiyədə həbsdən buraxılan keşişi qəbul edib


Donald Trump

ABŞ prezidenti Donald Trump Türkiyədə həbsdən azad edilən amerikalı keşiş Endryu Bransonu (Andrew Brunson) qəbul edib.

Reutersin məlumatına görə, Donald Trump onun azad edilməsi və vətənə dönməsini, ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşmasında “böyük addım" kimi dəyərləndirib.

Oktyabrın 13-də Ağ evdə keçirilən görüşdə jurnalistlər və prezident administrasiyasının yüksək səlahiyyətli ərəsmiləri də iştirak ediblər.

Keşiş Branson azad olunmasına görə prezidentə təşəkkür bildirib və ona dua oxuyub.

Endryu Branson oktyabrın 12-də həbsdən azad olunan kimi, Almaniyaya,13-də isə ordan ABŞ-a uçub.

Branson Türkiyədə 2016-cı ilin oktyabrında saxlanmışdı.

Onun həbsi Vaşinqtonla Ankara arasındakı münasibətləri daha da korladı.

Vaşinqton buna görə iki Türkiyə rəsmisinə qarşı sanksiya tətbiq elədi, bundan başqa Türkiyədən polad və alüminium idxalına tarifləri ikiqat qaldırdı.

Türkiyə hakimiyyəti Branson-u kürd yaraqlılarını dəstəkləməkdə və hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənlə bağlılıqda ittiham edir.

Türkiyə hakimiyyəti deyir ki, 2016-cı ilin iyulundakı uğursuz çevriliş cəhdinin arxasında Fətullah Gülən durur.

Gülən ittihamları rədd edir.

XS
SM
MD
LG