Etirazçılarla polis toqquşur
Associated Press agentliyinin verdiyi xəbərə görə polis Vaşinqton küçələrində toplaşan etirazçılara qarşı gözyaşardıcı qazlardan istifadə edib.
Polis xəbər verir ki, 100-dək etirazçı armatur parçaları və çəkiclərlə avtomobilləri, mağazaların vitrinlərini sındırıblar.
Etirazçılardan bəziləri polisə daş-kəsək parçaları atır.
Polislə qarşıdurma hələ inaqurasiyadan əvvəl başlanıb və bu saatlarda da davam edir.
Etirazçılardan bir çoxu başlarına əleyhqaz geyinib.
Məğlub rəqiblə görüş
İnaqurasiya nahar ziyafətində prezident Donald Trump ayağa qalxaraq Hillary Clinton-un masasına yaxınlaşıb və məğlub demokrat rəqibi ilə əl-ələ görüşüb.
Etirazlar davam edir
Etirazçılar Washington Post qəzetinin redaksiyası qarşısında zibil qutularına od vururlar.
Başqa bir toqquşma
Etirazçılar və polis arasında Vaşinqtonun müxtəlif yerlərindəki toqquşmaların xəbərləri gəlir.
Polis etirazçıları 13-cü Avenue küçəsinə tərəf sıxışdırmağa çalışır. Etirazçılar polisə daş və müxtəlif əşyalar tullayırlar.