Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 21:16
Pennsylvania Avenue küçəsi boyunca inaqurasiya paradı davam edib
Pennsylvania Avenue küçəsi boyunca inaqurasiya paradı davam edib

Donald Trump-ın andiçmə mərasimindən bütün xəbərlər canlı bloqda

Yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın andiçmə mərasimi keçirilib.

22:42 20.1.2017

Yeni prezidentin ilk çıxışı

Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti Donald John Trump andiçmə mərasimindən sonra etdiyi ilk çıxışda mərasimdə iştirak edən keçmiş prezidentlərə və Amerika xalqına təşəkkür edib.

O rəvan keçid prosesi üçün Barack və Michel Obamaya xüsusi minnətdarlıq ifadə edib.

Donald Trump-ın bütün çıxışı boyunca keçmiş prezidentin və keçmiş administrasiyaların adları çəkilmədən kəskin tənqidi hiss olunub.

O deyib ki, bu gün hakimiyyət sadəcə olaraq bir prezidentdən başqa prezidentə, bir partiyadan başqa partiyaya yox, Vaşinqtondan Amerika xalqına keçir.

Trump bildirib ki, çox uzun müddətdə hakimiyyətdəki kiçik qrup idarəetmədən mənfəətlənib, bunun bədəlini isə adamlar ödəməli olublar.

“Vaşinqton çiçəklənib – amma adamlar bu sərvətin xeyrini görməyiblər, siyasətçilərin həyatı firavanlaşıb, adamlar işsiz, fabrik-zavodlar bağlı qalıb, hakimiyyət özünü mühafizə edib, amma bu ölkənin vətəndaşlarını yox” – deyib 45-ci prezident.

“Bütün bunlar buradaca, bu andaca bitir – deyib Trump, - Mənim bu gün vəzifəm üçün içdiyim and Amerika xalqına sədaqət andımdır”

Donald Trump deyib ki, çox onilliklər ərzində Amerikanın sənayesi hesabına xarici sənayelər varlanıb.

Başqa ölkələrin ordularına subsidiyalar verilib, lakin Amerika hərbiyyəsinin kədəli tənəzzülü baş verib.

“Biz öz sərhədlərimizi qorumaqdansa, başqa ölkələrin sərhədlərini qorumuşuq” – deyib Donald Trump.

Yeni prezident deyib ki, orta sinfin sərvəti qarət olunaraq bütün dünya boyunca paylanıb.

Donald Trump bəyan edib ki, Amerika bundan sonra öz həyat tərzini başqalarına təlqin etməyəcək, əksinə bu həyat tərzini parladaraq başqaları üçün nümunə edəcək.

Trump vurğulayıb ki, Amerika köhnə ittifaqlarını möhkəmləndirəcək və radikal İslama qarşı yeni ittifaqlar yaradacaq.

21:26 20.1.2017

Amerika həyat rəzi

Reuters agentliyinin xəbərinə görə Trump deyib ki, “biz öz həyat tərzimizi başqalarına qəbuil etdirməyəcəyik, amma nümunə olacağıq”.

21:21 20.1.2017

Köhnə və yeni müttəfiqlər

“Amerika yenidən qalib gəlməyə başlayacaq, əvvəllər olmadığı kimi qalib gəlməyə başlayacaq. Biz iş yerlərimizi, sərhədlərimizi, sərvətimizi, arzularımızı geri qaytaracağıq, - deyib Trump, - Biz köhnə müttəfiqliklərimizi gücləndirəcək və yenilərini yaradacağıq”

21:17 20.1.2017

Amerika birinci olacaq

Trump deyir ki, Amerika indiyədək xarici şirkətləri varlı edib, özü isə iş yerlərini itirib, sənaye xaricə köçüb.

“Orta sinfin sərvəti qarət olunub və bütün dünyada paylaşılıb…Bu gündən Amerika birinci olacaq, Amerika birinci olacaq” – deyib Trump.

Davamı

XS
SM
MD
LG