Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:12

Trump keçmiş müşaviri barədə məxfi sənəd açıqlamasına cavab verdi


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump hesab edir ki, Federal Təhqiqat Bürosunun onun seçki kampaniyasını qanunsuz izləməsi barədə daha çox dəlillər ortaya çıxır.

Prezident özünün “Tvitter” səhifəsində ABŞ seçkiləri ilə bağlı açıqlanan son məxfi sənədlərə bu cür reaksiya verib.

Həmin sənədlərə görə, Federal Təhqiqt Bürosu məhkəmədən, Rusiya ilə əlaqələrdə şübhəli bilinən Trump-ın keçmiş müşaviri Carter Page-in danışıqlarının dinlənməsinə icazə verilməsini istəyib.

Trump hesab edir ki, Ədliyyə nazirliyi ilə Federal Təhqiqt Bürosunun belə bir addımı məhkəməni azdırıb, çaş-baş qoyub.

ABŞ prezidenti, bir daha Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən son prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı prokuror Robert Muillerin apardığı istintaqı tənqid edib.

AzadllıqRadiosunun Reuters, CNN və digər mənbələrə istinadla verdiyi məlumata görə, ABŞ-ın Ədliyyə nazirliyi iyulun 21-i axşam saatlarında, Page-nin danışıqlarının dinlənilməsinə izin verilməsi ilə bağlı Federal Təhqiqat Bürosunun məxfi sorğusunu açıqlayıb.

Sorğu 2016-cı ilin oktyabrında-hələ prezident seçkilərindən əvvəl, keçmiş prezident Barack Obamanın dövründə edilib.

Sənəddə bildirilir ki, Federal Təhqiqat Bürosu Page-i Rusiya ilə əlaqələrdə şübhəli sayır.

Qeyd edək ki, Page 2016-cı ilin sentyabrında-onun Rusiya ilə mümkün əlaqəsi barədə məlumat yayıldıqdan sonra Trumpın seçki kampaniyasını tərk edib.

Page ona qarşı bütün iddiaları rədd edir.

Prezidentin tərəfdarları bildirirlər ki, Federal Təhqiqat Bürosu Trump-ın keçmiş xarici siyasət müşavirinin danışıqlarına qulaq asılmasına izn verilməsini istəməklə səlahiyyətlərindən sui istifadə edib.

Amma Demokrat partiyası-nın Nümayəndələr Palatasındakı lideri Nancy Pelosi, bu sənədlərin Rusiya ilə Carter Page arasında koordinasiya olmasına açıq dəlillər olduğunu deyir.

Xatırlatma

Qeyd edək ki, ABŞ prokurorluğu iyulun 13-də, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri vaxtı Demokrat Partiyasının serverlərinə hücuma və seçki kampaniyasına dair mail və başqa oğurlanmış məlumatların sızdırılmasına görə Rusiya kəşfiyyatının 12 zabitinə qarşı yeni ittihamlar irəli sürüldüyünü bəyan edib.

Amma Kremil 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə etmədiyini iddia edir.

Buna da bax:"Tvitter12 Rusiya kəşfiyyatçısı ilə bağlı olan 2 hesabı dondurub".

Bu qalmaqala görə ABŞ-Rusiya münasibətləri kəskin pisləşib və Vaşinqton Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG