Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:56

'Trump-ın Azərbaycanda biznesinin olması o demək deyil ki...'


Donald Trump
Donald Trump

Ermənistanın hakim Respublika Partiyası ABŞ-da respublikaçı namizəd Donald Trump-ın prezident seçkilərində qələbə qazanması xəbərini sevinclə qarşılayıb. Hakim partiyanın mətbuat katibi Eduard Sharmazanov-un fikrincə, bu qələbə dünyada respublikaçı ideologiyaya tələbatın artığını göstərir.

«TƏMƏL, DAVAMLI İDEOLOGİYA»

«Bizim üçün Birləşmiş Ştatlarda da mühafizəkar qütbün qələbə çalması vacibdir. Bu o deməkdir ki, milli mühafizəkarlıq təməl, davamlı ideologiyadır. Ermənistanın Respublika Partiyasının ideoloji dayağının milli mühafizəkarlıq olduğunu nəzərə alsaq, Amerikadakı seçkilərin bir tendensiyanı göstərdiyini deyə bilərik: milli konservatizm hələ tükənməyib və təkcə bugünün yox, həm də gələcəyin ideologiyasıdır», – deyə E.Sharmazanov AzadlıqRadiosunun erməni xidmətinə bildirib.

O qeyd edib ki, bu gün Ermənistanda seçki keçirilsə, Birləşmiş Ştatlardakı kimi, Respublika Partiyası qalib gələcək.

Müxalif Ermənistan Milli Konqresi (AMK) də Donald Trump-ın qələbəsini alqışlayıb. Eyniadlı parlament fraksiyasının rəhbəri Levon Zurabian-ın sözlərinə görə, bu, namizədin hakim elita və informasiya sahəsi ilə mübarizə apararaq qələbə qazanmasının nümunəsi idi. «O, faktiki olaraq, hamıya qarşı, özü də tək müharibə aparırdı. Bütün qaydaları sındıraraq qalib gələ bildi. Ona görə də, Birləşmiş Ştatlarda demokratiyanı ancaq tərifləmək olar», – L.Zurabian deyib.

O ümid edir ki, günlərin birində demokratiya Ermənistanda da qalib gələcək, ancaq o zaman ABŞ-dakı mənzərə yaranmayacaq. Çünki Ermənistanın və ABŞ-ın respublikaçıları fərqlidir. «Respublika Partiyası dəqiq qalib gəlməyəcək. Respublika Partiyası Ermənistanda demokratik qələbə qazana bilməz», – deyə L.Zurabian bildirib.

Tevan Poghosian
Tevan Poghosian

ERMƏNİLƏR NAMİZƏDLƏRİ DƏSTƏKLƏMƏYİBLƏR

«İrs» parlament fraksiyasının üzvü Tevan Poghosian isə hesab edir ki, hazırda ABŞ-dakı erməni lobbisi ermənilərin xeyrinə təşəbbüslər yönündə çalışmalı, antierməni addımları istisna etməlidir. O əmindir ki, bu seçkilər nəticəsində ABŞ-da demokratiya qələbə qazanıb. «Amerika cəmiyyəti nəticələri şübhə altına almır. Demokratiyanın vəzifəsi qüsurları düzəltmək yox, pozulmuş hüquqların məhkəmədə bərpa olunması imkanıdır. Biz bu səviyyəyə çatmalıyıq», – T.Poghosian deyib.

Bu seçkilərdə Amerika erməniləri namizədlərin heç birini dəstəkləməyiblər. «Daşnaksutyun» nümayəndəsi Kiro Manoyan-ın sözlərinə görə, buna səbəb namizədlərin heç birinin sona qədər hər hansı bir ermənipərəst addım atmaması, erməni soyqırımından danışmamasıdır. «Ancaq ABŞ və Rusiya arasında münasibətlərin yumşalması regiona elə təsir edə bilər ki, Türkiyənin təsiri daha da azalar», – deyə K.Manoyan bildirib.

Eduard Sharmazanov
Eduard Sharmazanov

İŞADAMI TRUMP İLƏ PREZİDENT TRUMP ARASINDA FƏRQ

Ermənistan siyasətçiləri Donald Trump-ın prezidentliyi dövründə Rusiya–Ermənistan münasibətlərinin nizamlanacağına ümidlidirlər. Onların fikrincə, bu, həm də Qarabağ probleminin həllinə və Ermənistandakı iqtisadı vəziyyətə müsbət təsir göstərəcək.

Parlamentin vitse-spikeri Eduard Sharmazanov-un sözlərinə görə, D.Trump münaqişəyə getməyəcəyini bəyan edib. Onun fikrincə, bu, Trump-ın Qarabağ məsələsinin də danışıqlar yolu ilə həllini dəstəkləyəcək. Trump-ın Azərbaycanda biznes maraqlarının olması və buna görə də onun Azərbaycanın tərəfini saxlayacağı barədə deyilənlərə gəlincə, E.Sharmazanov onları «primitiv dəyərləndirmə» adlandırıb.

«Birincisi, onun orada biznesinin olması hələ o demək deyil ki, o, həmin ölkənin maraqlarını müdafiə etməlidir. İkincisi də, hamı anlamalıdır ki, işadamı Trump-la namizəd Trump ayrı-ayrı məsələlərdir. Rəsmi Vaşinqtonun siyasətini yürüdəcək prezident Trump-sa tamam başqa məsələdir», – deyə hakim partiyanın mətbuat katibi bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG