Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 04:17

Bir kilo dolma neçəyə başa gəlir?


Yarpaq dolması
Yarpaq dolması

Elmar Məmmədyarov: 'Regionda uzunsürən münaqişələr Avropa İttifaqı ilə əməkdaşlığa mane olur'

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə keçirilən qeyri-rəsmi görüşdə çıxışında deyib. «Yeni Müsavat» qəzeti yazır ki, nazir çıxışında deyib ki, Azərbaycan bu il AB ilə əlaqələrinin iki ildönümünü qeyd edir: «1996-cı ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasının iyirmi illiyini və 2006-cı ildə enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasının on illiyini. Ötən 20 ildən artıq dövrdə AB-Azərbaycan əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etmiş və tədricən ortaq maraq doğuran bir çox sahələrdə genişmiqyaslı tərəfdaşlığa çevrilib. Hər iki sənəd bu prosesə çox böyük töhfə verib».

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər...

Son aylarda ərzaq məhsulları təxminən 10 faiz bahalaşıb.

Elmar Məmmədyarov deyib ki, onlar Avropa Birliyi ilə əlaqələrini Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli əsasda qurublar, ancaq çoxtərəfli əməkdaşlığın potensial və əhəmiyyətini heç zaman istisna etməyiblər: «Lakin regionda uzunsürən münaqişələr çoxtərəfli əməkdaşlığa mane olur. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyündən heç də az əhəmiyyət daşımır. Biz Aİ-nin bu yaxınlarda qəbul edilmiş Qlobal Strategiyasında bu əsas prinsiplərə açıq dəstəyini alqışlayırıq. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxarılması AB-nin Cənubi Qafqazda və ondan kənarda regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədlərinə xidmət edəcəkdir».

Buna da bax: Atalar, deyəsən, devalvasiyada da üçdən deyib...

«Dolma indeksi»

Düzdür, üzüm yarpağının qiyməti stabildir, ancaq o da bahalaşmaya doğru gedir

«Yay qurtarır və payız gəlir, amma hələ də dolma bişirə bilmirik», «Exo» qəzeti yazır.

Yazı müəllifi bunun səbəbini onunla izah edir ki, bir kq dolma bişirmək üçün 10 manat lazımdır: «Son aylarda ərzaq məhsulları təxminən 10 faiz bahalaşıb. Düyünün qiyməti 5-10 faiz arasında qalxıb. Düzdür, üzüm yarpağının qiyməti stabildir, ancaq o da bahalaşmaya doğru gedir».

Buna da bax: Ən azı 4 milyarda başa gələn Avropa Oyunları

«Exo» yazır ki, Davamlı İnkişaf Mərkəzinin rəsmisi Nəriman Ağayev qoyun və dana ətinin də 10 faiz bahalaşmasından danışıb. Qəzetə açıqlamasında ekspert deyib ki, əgər yay aylarında «Üç bacı» dolması bişirmək sərfəli idisə, indi əksinədir. Çünku pomidorun, badımcanın və bolqar bibərinin qiyməti qalxıb. O, bu tərəvəz məhsullarının da payızda 10 faiz bahalaşacağını gözləyir.

Buna da bax: Fəhlələrə deyirlər, pul yoxdu, «oyunlara xərclənib»

«Azərbaycan komandası üçün 3 xal»

AFFA-nın baş katibi: «San-Marino ilə oyunda üç xal qazanmalıyıq»

«Hər kəs həyacan keçirir. Baxmayaraq ki, San-Marino qrupda olan digər komandalarla eyni deyil. Ancaq bu futboldur və ciddi yanaşmaq, rəqibə hörmət etmək lazımdır. Əsas məsələ üç xalın qazanılmasıdır». "Report" yazır ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsində San-Marino yığması ilə keçiriləcək görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib. O deyib ki, San-Marino ilə oyunda üç xal qazanmalıdırlar: «Düşünürəm ki, bu üç xal komandanın növbəti oyunlarda daha inamla çıxış etməsi üçün motivasiya olacaq. Bu futboldur, hər şey ola bilər. Ancaq komandamız tam hazırdır».

Buna da bax: Hər bir şey geri getdiyi halda - «Paşa Development» çiçəklənir

Elxan Məmmədov hesabla bağlı proqnoz verməkdə çətinlik çəkdiyini deyib: «Hesabı demək çətindir. İlk oyundur və hər kəs həyacan keçirir. Əminəm ki, komanda da həmin hissləri keçirir. Baxmayaraq ki, San-Marino qrupda olan digər komandalarla eyni deyil. Ancaq bu futboldur və ciddi yanaşmaq, rəqibə hörmət etmək lazımdır. Əsas məsələ üç xalın qazanılmasıdır».

XS
SM
MD
LG