Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 16:53

İqtisadiyyatda dollarlaşma azalmır


Dollar.

Mərkəzi Bankın (MB-nin) təqdim etdiyi məlumata görə, xarici valyutada olan əmanətlərin həcmi artıb.

Dollarlaşma səviyyəsini ölçməkdən ötrü xarici valyutada olan bütün əmanətlərin, depozitlərin xüsusi çəkisindən istifadə edilir.

Buna da bax:​ Əmanətlərin sığortalanma faizi 15%-ə qaldırıldı

2016-cı il dekabrın 1-nə olan məlumata görə, fiziki şəxslərin banklardakı 7 milyard 605,8 milyon manat əmanətinin 6 milyard 175,3 milyon manata qədəri xarici valyutadadır. Bu əmanətlərin 81,2 faizini təşkil edir. 1 milyard 430,5 milyon manatı və ya 18,8 faizi də manatladır.

Noyabr ayında xarici valyutada olan əmanətlər 159,8 milyon manat artıb.

Buna da bax: 'Banklar bağlansa, qorunmayan əmanətlər batacaq'

Milli valyutada olan əmanətlər isə 32,9 milyon manat azalıb.

Ekspertlər bu prosesi əsasən manatın ucuzlaşması ilə izah edirlər.

XS
SM
MD
LG