Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 14:29

“Qara bazar”ın yeni sakinləri danışır


Səməd Vurğun parkı

►“İki gün pulsuz-parasız qaldım. Sonra fikirləşdim ki, heç olmasa, əlimdən bu gəlir, bu işlə məşğul olum."

Manatın ikinci devalvasiyasından sonra metronun 28 May stansiyası, Dəmiryolu vağzalı ətrafında valyuta alveri edənlər də çoxalıb. Yanvarın 8-də alverçilər 1 dolları 1 manat 85, 1 manat 90 qəpiyə alıb, 2 manata satırdılar. Özü də bunu açıq şəkildə edirdilər.

İndi isə belə deyil. Alqı-satqını əvvəlki kimi rahat və açıq aparmırlar. Jurnalistlərə danışmaqdan çəkinirlər, ya da istəmirlər. Çünki neçə gündür polis bu ərazilərdə onları axtarır.

“Neyləyəydim?”

Ancaq səslərinin yazılmasını istəmədən danışanlar da var. Adının Arif olduğunu söyləyən 35-40 yaşlı kişi deyir ki, üç gün əvvələ qədər buraların yolunu tanımırmış. Şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrinin birində işləyirmiş. Günün birində “qara bazar”a çıxacağını düşünmürmüş. Üç gün əvvəl işlədiyi məkan şəhərdəki başqa valyutadəyişmə məntəqələri kimi bağlanandan sonra o da buranın yolunu tutub:

“Neyləyəydim? İki gün pulsuz-parasız qaldım. Sonra fikirləşdim ki, heç olmasa, əlimdən bu gəlir, bu işlə məşğul olum. Elə də baha alıb satmıram. Ancaq bu da iş deyil ki...”

Valyutadəyişmə məntəqələrinin bağlanacağı xəbəri bir həftə əvvəldən yayılmışdı. Elə bu müddət ərzində məntəqələr bir gün açıq olurdusa, iki gün bağlı qalırdı. Mərkəzi Bank bu gün (yanvarın 14-də-red.) məntəqələrin rəsmən bağlanmasını bildirdi. İndi valyutanı banklar alıb-satacaq. (Ardı aşağıda)

Bakıda dollar növbələri...
Gözlə

No media source currently available

0:00 0:12:20 0:00

Buna da bax: Şəkidə cəbhəçilər saxlanıb

İşsizlərə gör nə qədər işsiz qoşuldu?

“İşsizlərə gör nə qədər işsiz qoşuldu? Hər məntəqədə 3-4 adam işləyirdi? Vallah, belə olmaz. Hər gün nə qədər adam özünü öldürür. Neyləyək, biz də intihar edək?”

Bunu da valyutadəyişmə məntəqədəki işini itirmiş, indi isə “qara bazar”a çıxan 28 yaşlı gənc deyir:

“İş yox, güc yox. Olan işimizi də əlimizdən alırlar. Guya biz ordan milyon qazanırdıq? Gündəlik dolanışıq pulu zorla ələ gəlirdi. Mən daha baş açmıram. Baş götürüb gedəcəyəm”.

“Qara bazar” da köhnə alverçilər isə daha qapalıdır. Ağızlarını bıçaq kəsmir. Nəhayət biri deyir ki, polislərdən qorxurlar:

“İndi hər yerdə bizi axtarırlar. Olan qalanımızı da əlimizdən alırlar, ziyana işləyirik”.

20-dən çox alverçi tutulub

İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə görə, tutulan alverçilər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cəriməedilirlər.

Daxili İşlər Nazirliyiinin məlumatına görə, indiyə qədər 20-dən çox adam tutulub cərimə edilib. İndi həm “qara bazar”ın ənənəvi məkanı sayılan 28 may metrostansiyası ətrafında, həm də Səməd Vurğun bağı ərazisində post patrul xidməti əməkdaşları daha çox gözə dəyir.

Dollar alverçilərindən biri isə ali təhsilli iqtisadçıdır. Əvvəl də rus rublunun alveri ilə məşğul olub. Sonradan dollar alıb satmağa başlayıb. “Qara bazar”dakı indiki vəziyyət haqqında deyir ki, Yeni il ərəfəsində adamların çoxu“dollar 2 manat olacaq” şayiəsinə inanıb əlindəki olan-qalan manatını 1 dollar – 1.8-1.9 manat məzənnəsi ilə dollara çevirib:

(Ardı aşağıda)

"Deməli, əslində dollar daha bahadır"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

“Onların çoxu panikaya daha asan düşən adamlardır. İndi onlar gündəlik xərclərini ödəmək üçün həmin dolların bir hissəsini təzədən manata çevirməlidirlər. Amma Mərkəzi Bankın banklara dolları rəsmi məzənnədən maksimum 4% fərqlə alıb-satmaq tələbi qoymasından sonra banklar dolları 1.56-1.57 manata alırdılar. 1.8 manata aldıqları dolları 1.56 manata dəyişib ziyan etmək istəməyənlər üzünü bizə, necə deyərlər, dollar dəllallarına tutmalı olur. Görürsüz, indi yəqin bunun qarşısını almaq və dollarını xırdalayan insanları banklara cəlb etmək üçün dünəndən banklar dolların alış qiymətini 1.63-dək qaldırıblar”.

Buna da bax: Tikinti sektoruna sarsıdıcı zərbə

28 may metrosunun qarşısı
28 may metrosunun qarşısı

Minlərlə adam işsiz qaldı

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, cərimə və həbslərlə “qara bazar”ın qarşısını almaq olmaz:

“Hətta sovetlər belə o boyda gücü ilə “qara bazar”ın qarşısını ala bilməmişdi. İndiki halda da bu mümkünsüz görünür. Bir müddət sonra valyuta tamailə “qara bazar”a keçib rəsmi məzənnə ilə real məzənnə arasında fərq getdikcə şişəcək. Bu da iqtisadiyyata daha böyük zərbələr vuracaq. Əminəm ki, bir müddət sonra yenidən valyutadəyişmə məntəqələrinin açılması gündəmə gələcək. Bu qərar ləğv olunacaq. Çünki tamamilə səhv bir qərardır. Ajiotajın artmasına, “qara bazar”ın çiçəklənməsinə xidmət edir. Minlərlə adam işsiz qaldı”.

XS
SM
MD
LG