Azərbaycan Mərkəzi Bankının məlumatına görə, avqustun 17-də manat dollara nisbətdə bir az da ucuzlaşacaq.
Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə görə, avqustun 17-də bir dollar 1,6164 manat olacaq. Avqustun 16-dabir dollar 1,6124 manat olmuşdu.
Son aylar manat dollara nisbətdə tədricən dəyər itirir. Bəzi ekspertlərin fikrincə, bu proses ilin sonuna kimi belə davam edərsə, 1 dollar 1 manat 80 qəpik həddinə çatacaq.