Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:32

Moldova prezidenti ölkədə “ABŞ bazalarının tikilməsi” xəbərini təkzib edir


Moldova prezidenti Iqor Dodon

Moldova prezidenti İqor Dodon deyib ki, Rusiya mediasında ölkə ərazisində ABŞ tərəfindən maliyyələşdirilən qurğuların tikildiyi barədə xəbərlərə rəğmən Moldova ordusunun təlim bazasının təftişi zamanı “heç bir şübhəli” şey aşkar etməyib.

Rusiyaya rəğbətli münasibəti ilə tanınan və ölkənin avropayönlü hökuməti ilə qarşıdurmada olan Dodon Moldovanın cənub-şərqindəki Bulboaka təlim bazasına avqustun 14-də baş çəkib.

Rusiyanın dövblət RT telekanalının saytında avqustun 7-də yayılmış xəbərdə iddia edilirdi ki, ABŞ donanması Bulboakada 8 hərbi qurğunun tikintisini maliyyələşdirib.

Bulboaka Moldovanın Rusiya tərəfindən dəstəklənən Dnestryanı separatçı rayonunun mərkəzi şəhəri Tiraspolun 30 kilometrliyində yerləşir. Moldova Müdafiə Nazirliyi bu xəbəri rəsmən təkzib edib.

Moldovanın xəritəsi
Moldovanın xəritəsi

Moldovada bu ayın əvvəllərində Kişinyova qarşı ziddiyyətli bəyanatlar verdikdən sonra persona non grata elan edilmiş Rusiya baş nazirinin müavini Dmitri Roqozin RT telekanalının sözü gedən xəbərini özünün Facebook səhifəsində yerləşdirmişdi.

O bu xəbərə yazdığı şərhdə iddia edirdi ki, amerikalılar Moldovanın Dnestryanı ilə silahlı münaqişə təqdirində istifadə etmək üçün təxribatçılar və xüsusi qüvvələr yaradır.

RT-nin xəbərindən və Roqozinin bəyanatından sonra prezident Dodon Bulboakaya şəxsən gedəcəyini, “Moldova əsgərlərinin istər Qərb, istərsə də Şərq blokunun tərkibində olub-olmadığını” özü yoxlayacağını demişdi.

Bulboakaya səfərinin ardınca mətbuat konfransı keçirən Dodon bundan sonra özünün Facebook səhifəsində bu təlim bazasında xidmətin cədvəl üzrə davam etdiyini yazıb.

Dodon deyib ki, təlim bazasında bir neçə qışlanın və atəş xəttində infrastrukturun təmir işləri aparılır.

Prezident deyib ki, o Moldova ilə Dnestryanı arasında gərginlik yaradacaq heç nə müşahidə etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG