Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Məktəb direktoru tatar dilinə görə Moskvanı məhkəməyə verdi


Kazanda məktəb direktoru, əslən rus Pavel Shmakov (sağda)
Kazanda məktəb direktoru, əslən rus Pavel Shmakov (sağda)

Rusiyanın Tatarıstan Respublikasında özəl məktəblərdən birinin direktoru bu bölgənin məktəblərində tatarca təhsilin məhdudlaşdırılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

2017-ci ilin noyabrında Tatarıstanın millət vəkilləri Rusiya Təhsil Nazirliyinin təzyiqi və tapşırığı ilə Respublika məktəbləri üçün yeni tədris planını qəbul ediblər.

Bu plana əsasən icbari tatar dili dərsləri, həftədə iki dəfə olmaqla könüllü tatar dili dəsrləri ilə əvəz edilib.

Bu hərəkət Tatarıstanda və yerli dillərin rus dili ilə yanaşı rəsmi statusa malik olduğu başqa regionlarda geniş hiddətə səbəb olmuşdu.

Pavel Shmakov iyulun 15-də AzadlıqRadiosuna deyib ki, Rusiya hakimiyyət orqanları tatarların öz dillərində təhsil almaq hüququnu və beləliklə Avropa İnsan Haqları Konvensiyasını pozub.

Əslən rus olan Shmakov Moskvanın yerli xalqların dillərinin tədrisini məhdudlaşdıran siyasətinə qarşı çıxıb.

O öz məktəbində tatar dilinin icbari tədrisini saxladığına görə 2018-ci ilin mrtında 440 dollar məbləğində cərimə olunmuşdu.

Shmakov AzadlıqRadiosuna bildirib ki, onun məqsədi Rusiyanın etnik regionlarında yerli ana dilləri tədrisinin icbari olması qaydasının bərpa edilməsidir.

O deyib ki, Tatarıstan bu problemlə üzləşən yeganə region deyil və belə getsə yerli dillər tamamilə sıradan çıxa bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG