Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 04:01

Ölkədə 749 dini icma qeydiyyata alınıb


Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi

Azərbaycanda dövlət qeydiyyatına alınmış dini icmaların ümumi sayı 749-a çatıb.

Bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yaydığı hesabatda bildirilir.

“2016-cı ildə 101 islam, 4 qeyri-islam dini icma qeydə alınıb”, deyə hesabatda vurğulanır.

Hesabata görə, indiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i islam, 28-i qeyri-islam təmayüllüdür.

Buna da bax:​ Bəzi dini icmalara pul ayrıldı

Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

ABŞ Dövlət Departamentinin 2016-cı ilə aid din azadlığı haqqında hesabatında Azərbaycanda bu sahədəki durumla bağlı xeyli tənqidi məzmunlu qeydlər vardı.

Hesabatda hökumətin bəzi dini icmalara təzyiqlərindən və qeydiyyatda yaranan problemlərdən bəhs edilirdi.

Buna da bax: Dini icmalar Qarabağda təcavüzkarlığa sərt cavab tərəfdarıdırlar

Azərbaycanda 2009-cu ildən etibarən dini icmalar yenidən qeydiyyatdan keçir. Azərbaycanda, hələ də qeydiyyata alınmayan dini icmalar var.

Multimedia

XS
SM
MD
LG