Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:05

-

Prezident İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən bəzi dini icmalara yardım edilməsi ilə bağlı sərəncam verib.

Sərəncamla prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna isə 250 min manat ayrılır.

Bundan başqa, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min, Avropa yəhudilərinin Bakı dini icmasına , Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna və Azərbaycanın Alban-Udi Xristian dini icmasının da hər birinə 100 min manat verilib.

Sərəncamın ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi və onların maddi durumunun daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə imzalandığı qeyd edilir.

Bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirmişdilər ki, son illərdə ölkədə 100-dən çox dini icmaya maddi yardım edilib.

2015-ci ilin sonunda açıqlanan hesabata görə, ölkədə 644 dini icma qeydə alınıb. Bunlardan 620-si islam , 24-ü isə qeyri-islam icmaları olub. Bu ilin əvvəlində isə daha 24 icmanın qeydiyyata alındığı bildirilirdi. Ancaq ölkədə, hələdə, qeydiyyata alınmayan dini icmalar var. Onlar hökumətin ayrı seçkilik siyasəti apardığından şikayətlənirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG