Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Türkiyədə kişilərin saçını boyaması haqda fitva


İllüstrasiya
İllüstrasiya

Türkiyənin Dini İşlər İdarəsi vətəndaşlardan aldığı bəzi suallara cavab verib.

İdarənin bununla bağlı verdiyi fitvalarından biri "alkoqollu içkilərin və digər haram məhsulların buraxıldığı, satıldığı iş yerlərində çalışmağın nə dərəcədə İslama uyğun olması" ilə bağlıdır.

Fitvada deyilir ki, Məhəmməd peyğəmbər haram maddəni qəbul edənlə yanaşı onu emal edən, daşıyan, vasitəçiliyini edən, təqdim edənin də eyni günaha batdığını buyurub.

"Buna görə də kiminsə halal qazanc əldə etmək imkanı olduğu halda dinlə yasaqlanan şeylərin düzəldildiyi iş yerlərində çalışması caiz olmaz. Ancaq bütün cəhdlərinə baxmayaraq insan dolanışığını təmin edəcək başqa bir iş yeri tapmazsa, belə iş yerində çalışa bilər".

Başqa bir fitva qadın və kişilərin saçını boyamasının caiz olub-olmaması haqdadır.

Fitvaya görə, başqalarını yanıltma məqsədi güdmürsə, müsəlman saç, saqqal və bığını boyaya bilər. Kişinin saçını həna rəngi kimi rənglərə boyaması caizdir, amma qara rəngə boyması dinə uyğun deyil.

Musiqi dinləməyin dinə uyğun olub-olmaması ilə bağlı fitvada isə deyilir ki, "İslamın əsaslarına zidd olan, günaha sövq edən, haramı təşviq edən musiqini bəstələmək və dinləmək günahdır".

Buna da bax: Halal ətin dünyada ən böyük istehsalçısı xristian ölkəsiymiş

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG