Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:16

Vəkildən DİN-ə şəkilli cavab


Mehman Hüseynov. İşgəncə izləri. 11yan2017
Mehman Hüseynov. İşgəncə izləri. 11yan2017

Daxili İşlər Nazirliyinin bloqqer Mehman Hüseynovla bağlı yaydığı məlumata onun vəkili Elçin Sadıqov münasibət bildirib.

“Daxili İşlər Nazirliyinin bəyanatı həqiqəti əks etdirmir. Dünən Mehman Hüseynovun bədənindəki xəsarətlərə, paltarındakı zədələr və qan izlərinə baxmışam. Həmin baxış zamanı çəkilmiş fotoşəkilləri əlavə edirəm. Bədənində olan bəzi xəsarət yerlərinin şəkillərini etika naminə, hələ, yaymıram”.

Buna da bax:​ Avropa komissarı Mehman Hüseynova təzyiqləri pisləyib

Mehman Hüseynov. İşgəncə izləri. 11yan2017
Mehman Hüseynov. İşgəncə izləri. 11yan2017

Xatırlatma

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarına saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

Mehman Hüseynov. İşgəncə izləri. 11yan2017
Mehman Hüseynov. İşgəncə izləri. 11yan2017

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Buna da bax:​ DİN: 'Mehman Hüseynov yalan danışır'

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Moderin.az-a deyib ki, Mehman Hüseynov yalan danışır:

“Polis orqanlarında nə adam döyürlər, nə adam “toka” verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG