Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 07:52

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi ilə birgə dini təyinatlı ədəbiyyatın, mal və məmulatların satışı ilə məşğul olan 9 mağazada reyd keçirib.

Reydlər Bakı şəhərinin Sabunçu, Nizami, Xətai, Nəsimi və Suraxanı rayonlarını əhatə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, baxış keçirilən mağazalardan 8-nin ixtisaslaşdırılmış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb.

Buna da bax:​ 400-dək dini kitab sərhəddə saxlanıb

Bununla yanaşı, içərisində uyğun razılığı olmayan, nəzarət markası vurulmayan 421 dini ədəbiyyat, 13 DVD və 5 CD-nin müəyyən edilərək götürüldüyü bildirilir.

Qanun pozuntularının aşkarlandığı bildirilən mağazaların adları açıqlanmayıb.

Həmin mağazaların tutulan iradlara münasibəti də, hələlik, ictimaiyyətə bəlli deyil.

Şərhləri göstər

XS
SM
MD
LG