Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:41

Peskov Rusiyada defolt təhlükəsinə münasibət bildirdi


Dimitri Peskov
Dimitri Peskov

Kreml, Rusiyanı 1998-ci ildəki defolta bənzər böyük iqtisadi böhran gözləməsi barədə proqnozlara münasibət bildirib.

Kremlin sözçüsü Dimitry Peskov jurnalistlərlə söhbət zamanı “Bank of America”nın ekspertlərinin xəbərdarlığına münasibət bildirərkən deyib ki, onların nəyə əsaslandıqlarını bilmir, ona görə də hansısa müzakirəyə girmək istəməzdi.

"İnterfaks"ın məlumatına görə, yerdən,“deməli hər şey yaxşı olacaq” atmacasına isə Peskov belə cavab verib:”Yəqin”.

“Bank of America”nın analitikləri bundan əvvəl belə bir proqnoz veriblər ki, dünya fond bazarında 1997-1998-ci illərdə olduğu kimi beynəlxalq böhran baş verə bilər.

Onların fikrincəbunu bazarların oxşar dinamikası göstərir.

Buna da bax:"Rusiya defolt olsa, bu, Azərbaycana necə təsir edəcək"?

Analitiklər indiki vəziyyəti 1998-ci ildəki hadisələrlə eyniləşdirirlər.

Həmin vaxt Asia regionunda beynəlxalq iqtisadi böhran, Rusiyada isə defolt baş verdi.

“ABŞ-da davamlı artım, istiqrazlar üzrə gəlirlər, inkişaf etməkdə olan ölkələrdə bazarların azalması-bunların hamısı 20 il bundan əvvəlki vəziyyətə bənzəyir” – “Bloomberg” bankın aparıcı investisiya təhlilçisi Michael Hartnett-ə istinadla yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG