Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:57

Çox dil bilənlər yuxunu hansı dildə görürlər?


Müasir dünyada iki, üç və daha artıq dillərdə danışa bilənlərin sayı artmaqdadır.

Yalnız bir dildə danışa bilənlər poliqlotlara, çox dil bilənlərə həmişə qibtə və heyranlıqla baxıblar, lakin həm də bəzi suallara cavab tapmağa çalışıblar.

Görəsən, birdən artıq dildə danışanlar hansı dildə düşünürlər, hansı dildə yuxu görürlər, sevinir və ya kədərlənirlər.

Bu suallar təkcə adi adamları yox, psixoloq və dilçiləri də dərindən düşündürür.

Üstəlik Lankaster və Stokhiolm Universitetlərinin Journal of Experimental Psychology məcmuəsində dərc edilmiş şərikli elmi araşdırmasına görə çoxdillilər hətta vaxt və məsafə ölçüsünü də müxtəlif cür qiymətləndirilər.

Dilçi professorlar Panos Athanasopoulos və Emanuel Bylund izah edirlər ki, bilinquallar və ya ikidillilər bu dillərin arasında şüurlu və ya qeyri-şüurlu “var-gəl” etməli olurlar.

Vaxt qısadır, ya balaca?

Bundan başqa müxtəlif dillərdə zaman ölçülərinə münasibət də fərqlidir. Məsələn, isveç və ingilis dilində danışanlar vaxtı məsafə ilə ölçürlər.

İngilislər, “qısa fasilə” deyirlərsə, ispanlar fiziki kəmiyyətlərdən istifadə edərək “bir balaca istirahətdən” danışırlar.

Professor Athanasopoulosun fikrincə, bu sadə nümunələr hansı dillərin bizim emosiyalar, vizual qavrama da daxil, təməl hisslərimizə necə sirayət etdiyini göstərir.

Professor bu qənaətdədir ki, ikidillilər “daha çevik və daha rahat düşüncə tərzinə” malik olurlar.

O deyir ki, gündəlik həyatda iki dil arasında zehni var-gəl edənlər həm də çoxfunksiyalı işlərin öhdəsindən daha asanlıqla gəlirlər.

Bəzi başqa araşdırmalar çox dil bilənlərin ruhi sağlamlığının daha möhkəm olduğunu göstərib.

Bəs hər halda ikidillilərin hansı dildə düşündüyünü necə bilmək olar?

Professor François Grosjean yarızarafat yazır ki, “bu sualı onların özlərinə verin, cavabı hansı dildə versələr, elə o cavabdır”.

Özümüzlə hansı dildə danışırıq?

Amma Grosjean zarafatsız olaraq bunu da yazır ki, biz əslində hansısa spesifik dildə düşünmürük.

Dil düşüncə prosesinin sonrakı mərhələlərində praktik məqsədlərlə beynimizə müdaxilə edir. Məsələn, nəyi isə müzakirə edəcəyimiz barədə düşünəndə, həmin məsələni kiminlə müzakirə edəcəyimiz ortalığa çıxır. Başqa sözlərlə, biz həmin adamın ana dilində düşünməyə başlayırıq.

Temple Universitetindən Aneta Pavlenko isə deyir ki, düşünərkən bizə çox vaxt dil lazım olmur, çünki bu, bizim özümüzlə etdiyimiz “daxili söhbətdir”.

Çoxdillilərin hansı dildə yuxu görmələri də maraqlı məsələdir. Belə düşünmək olar ki, biz yuxunu səlis danışdığımız dildə görürük.

Lanki dilçi Veroboj Vildomec yazır ki, bir dəfə bir poliqlot ona yuxuda tərtəmiz rusca danışdığını deyib.

Amma bu adam oyanandan sonra başa düşüb ki, çex və slovak dillərinin qarışığında danışırmış və o əslində rusca yalnız beş-altı kəlmə bilirdi.

“Yuxu daha necə olmalıdır ki?” – yazır François Grosjean.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG