Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:16

DGK sədrinin müavini: “ 2-ci islahatlar paketi həyata keçiriləcək”


Azərbaycan Dövlət Gömrük Komitəsinin binası
Azərbaycan Dövlət Gömrük Komitəsinin binası

Aprelin 20-dəİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM)gömrük sistemində görülən işlər, həyata keçirilən yeniliklərlə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini İqbal Babayev danışıb. O,bildirib ki, DGK yaxın vaxtlarda 2-ci islahatlar paketini həyata keçirəcək. İ. Babayevin qeyd etməsinə görə, bu da beynəlxalq ticarətin və sərhədkeçmə proseslərinin daha da asanlaşmasına, şəffaflığın tam təmin olunmasına münbit şərait yaradacaq. Komitə sədrinin müavini vurğulayıb ki, indiyə qədər gömrük orqanları vətəndaş-məmur təmasını minimuma endirməyi hədəfləyib.

“ 2-ci islahatlar paketinin icrası zamanı əsas məqsədlərdən biri gömrük sistemində vətəndaş-məmur təmasının tamamilə ləğv edilməsi, bütün əməliyyatların elektron qaydada gömrük orqanına gəlmədən həyata keçirilməsidir”, məlumata görə, sədir müavini deyib.

Mətbuat konfransında o da bildirilib ki, son illərdə beynəlxalq ticarətin asan,sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı minimuma endirilib.

“Eyni zamanda, xarici ticarət əməliyyatları zamanı tələb olunan sənədlərin sayı azaldılıb. Bu rəqəm idxalda 3-ə, ixracda isə 2-yə endirilib”, mətbuat konfransı barədə yayılan məlumatda qeyd edilib.

Buna da bax:Gömrükdə həbslər davam edir

İş adamı: “Əgər sahibkar -məmur təmasını tam aradan qaldırmaq istəyirlərsə,...”

“Əslinə qalsa Gömrük Komitəsinin özü ilə bağlı ciddi islahat aparmaq lazım gəlir.”

Bunu isəiş adamı, iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli deyir.

N.Bəydəmirli qeyd edir ki, Gömrük Komitəsi idarəçilik orqanl deyil, bir prosedur qurumudur:

Nazim Bəydəmirli, iqtisadçı
Nazim Bəydəmirli, iqtisadçı

“İndki funksiyası ilə qaldıqca ölkədə nə istehsalın inkişafına, nə də idxal təhlükəsizliyi tələblərinə cavab verə biləcək. Gürcüstanda da bir vaxtlar belə idi. Amma Gömrük Komitəsinin ləğvindən sonra məmur-sahibkar təması aradan qalxdı”.

İş adamı hesab edir ki, islahatlar“kağız” üzərində aparılmamalıdır.

Onun fikrincə, bu sahədə şəffaflığı təmin etməkdən ötrüçoxsaylı broker şirkətləri yaradılmalı, onlar fəaliyyət göstərməlidirlər.

Üstəlik, iş adamına görə, bu sahədə vergiləri də Vergilər Nazirliyi yığmalıdır.

N.Bəydəmirliyə görə, bu Komitə regionçuluq əsasında formalaşıb.
İş adam yekun fikirini belə ifadə edir: “Əgər sahibkar -məmur təmasını tam aradan qaldırmaq istəyirlərsə,ilk növbədə qurum ləğv olunmalı, yerində xidmət departamenti yaradılmalı və bu xidmət departamenti Vergilər Nazirlriyinin tərkibinə verilməlidir. Ondan sonra sahibkar-məmur təması da aradan qalxacaq, şəffaflq da tam bərqərar olcaq ”.

Azərbaycan rəsmiləri isə ölkədə regionçuluğun olması ilə bağlı fikirləri qəbul etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG