ABŞ prezdenti postuna seçki namizədliyinə Respublikaçı partiayadan namizəd, Florida ştatının qubernatoru Ron DeSantis seçkiqabağı yarışdan çıxdığını bəyan edib və keçmiş prezident Donald Trampın namizədliyinə dəstək bildirib.
Siyasətçiniun sözlərinə görə o Ayovada keçirilən kokuslarda ikinci yer tutduqdan sonra, qələbəyə aydın bir yolun olmadığı şəreairtdə tərəfdarlarından öz vaxtlarını və resurslarını könüllü şəkilkdə ianə etməyi rica edə bilməz.
BBC xəbər verir ki, DeSantisin qəfil bəyanatı yanvarın 23-də Nyu Hempşirdə keçiriləcək prayemerizin ərəfəsində səsləndirilib.
Amerikanın səsi yazır ki, bir çoxları DeSantisi qarşıdan gələn prezident seçkisində respublikaçıların əsas namizədi roluna nominasiya olunacağını gözləyirdilər.
2023-ci ilin əvvəllərində keçirilən rəy sorğularında o lider idi. Lakin sonrakı aylarda Flkorida ştatı qubernatorunun dəstək bazası daraldı.
Meydanda Niki Heyli qalır
DeSantisin seçkiqabağı yarışdan çıxması ilə meydanda Trampın ciddi rəqibi kimi yalnız Cənubi Karolina ştatının keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Niki Heyli qalır.
Bu yarışın qalibi seçkidə demokratların əsas namizədi olacağı gözlənilən Co Baydenə rəqib olacaq.
Respublikaçı Partiyanın keçən həftə Ayovada keçirilən kokuslarında Florida qubernatoru DeSantis 21 faiz səslə ikinci yeri tutmuşdu.
Niki Heyli 19 səslə üçüncülüyü qazanmışdı. Lakin Tramp Ayovada 51 faiz səslə rəqiblərini çox geridə qoya bildi.
Tramp hazırda Nyu Hempşirdə keçirilmiş rəy sorğularının da lideridir.
Yanvarın 15-də Ayovada keçirilmiş səsvermə ilə ABŞ-da aylarla davam edəcək partiyadaxili seçkilər başlanıb.
Bu səsvermələr iyul və avqustda Respublikaçı və Demokratik partiyaların konfransları ilə başa çatacaq.