Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:40

1-ci sinif dərsliyindəki bu rebusu həll edə bilərsiz?


Bəzi Facebook istifadəçiləri 1-ci sinif riyaziyyat dərsliyindəki bu məsələnin çox çətin olduğunu deyirlər.
Bəzi Facebook istifadəçiləri 1-ci sinif riyaziyyat dərsliyindəki bu məsələnin çox çətin olduğunu deyirlər.

►Orta məktəb dərsliklərindən seçmələr

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, orta məktəb dərsliklərində uşaqlara münasib olmayan yetərincə mətnlər var.

“Məsələn, ibtidai siniflərdə tanınmış uşaq şairlərinin şeirlərini çıxarıb, yerinə nə bir mənası, nə bir əhəmiyyəti olan şeirlər salıblar. Texniki fənlər – riyaziyyat, fizika, kimya kimi fənlər üzrə dərsliklər daha çox rus kitablarından tərcümə olunur və yalnız, adlar dəyişdirilir. Orta məktəblərin Azərbaycan dili bölmələrində xeyli bu cür problemləri sadalamaq olar”.

Azərbaycanda dərsliklər necə hazırlanır?
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Buna da bax: Bakıda “Nurcu”lara qarşı reyd keçirilib

​Dərsliklər Facebook-da da tənqid olunur.

“Birinci sinif riyaziyyat dərsliyində magistratura imtahanlarına düşən məntiq testləri”, “küçə danışıqlarını yığıblar dərsliklərə”, “Təhsil nazirimiz hara baxır?” və s bunlar, sosial şəbəkə istifadəçilərinin dərsliklər haqda bildirdiyi fikirlərdən nümunələrdi.

Amma elə məsələlər də olur, kontekstdən çıxarılır. Məsələn, aşağıdakı parça:

"Həsən və Mehdi söhbət edir:

- Alə, axşam gedey gezmeye?

- Hara, brat?

- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutarığ.

- Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırlıqlarım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu... Lap adamı təkərə salırlar eyy...

- Karoçi, gedirsən, getmirsən?

- Yox da qırıl, dedim, dərsə gedirəm."

Bu, 8-ci sinif "Azərbaycan dili" dərsliyindən bir nümunədir. Bu, sosial şəbəkələrdə "bayağı danışığın şagordlərə aşılanması" kimi təqdim edilir.

Halbuki Təhsil Nazirliyinin Tədris şöbəsinin müdir müavini Əsgər Quliyev deyir ki, elə həmin mətnin yanında eyni adamlar arasında dialoqun vulqar olmayan variantı verilib. Bununla şagirdlərə anladılır ki, "elə yox, belə danışmaq lazımdı".

“İNDİKİ UŞAQLARA “XORUZ” ŞEİRİ ÖYRƏTMƏK OLMUR...”

Əsgər Quliyev dərsliklər haqda başqa tənqidlərlə də razılaşmır:

Gözlə

No media source currently available

0:00 0:14:06 0:00
Direct-ə keçid

Buna da bax: Xanım jurnalistlərin “Bandotdel”də gördükləri

“Əvvəlki proqramda Ana dili dərslikləri “Ala-bula boz keçi”, “Xoruz” şeirləri ilə başlayırdı. O dövr geridə qalıb. İndi dünya dəyişib. Məktəbdə uşağa “Xoruz”, “Ala-bula boz keçi” şeiri ilə heç nə verə bilmərik. Dövr, zaman dəyişib”.

Ələsgər Quliyev deyir ki, bəzən yazıçılar bayağı sözləri obrazların dilindən verirlər, bu da onların xarakterini açmaq üçün edilir:

"Şagird də bunun mahiyyətini bilməlidir ki, nə üçün bədii ədəbiyyata gətirilir. İsmayıl Şıxlının “Dəli Kür” əsərində Kamandar Ağanın dilindən verilən ifadə də tənqid olunurdu. Bu əsər Azərbaycan ədəbiyyatındakı sanballı əsərlərdəndir”.

"Dəli Kür"dən olan sözügedən parçanın heç bir halda dərsliyə salınmasını münasib saymayanlar da var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG