Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:29

Rus dili dərsliyində təhrif 


Dərslikdə sözü gedən səhifə
Dərslikdə sözü gedən səhifə

Dərsliyin çap olunduğu "Şərq-Qərb" nəşriyyatından “Turan” İnformasiya Agentliyinə bildirilib ki, 2019-cu ildə çapdan çıxmış dərslikdə səhv var

Azərbaycanda orta məktəblərin rus bölməsi üçün yazılmış 4-cü sinif Rus dili dərsliyinin 79-cu fəslində "20 Yanvar –anım və hüzn günü" adlı mətn mübahisələrə səbəb olub. Bununla bağlı sosial şəbəkələrdə etirazlar yer alıb.

Həmin mətnə görə, Bakıda həmin vaxt dinc vətəndaşların güllələnməsi sovet ordusu ilə Azərbaycan Xalq Cəbhəsinin döyüşçüləri arasında döyüşlər zamanı baş verib.

Digər məktəb dərsliklərində belə bir fikir yoxdur. Yuxarı siniflər üçün vəsaitlərdə birmənalı olaraq sovet hərbi qulluqçularının dinc əhaliyə qarşı zorakılığından bəhs edilir.

Dərsliyin çap olunduğu "Şərq-Qərb" nəşriyyatından “Turan” İnformasiya Agentliyinə bildirilib ki, 2019-cu ildə çapdan çıxmış dərslikdə səhv var.

Qeyd olunub ki, dərsliklər nəşriyyatlarda hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir:

"Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün www.trims.edu.az saytında yerləşdirilir".

Elektron variantda düzəliş edilib

Nəşriyyatdan bildirilib ki, ümumi təhsil müəssisələrində tədrisin rus dilində aparıldığı 4-cü siniflər üçün “Rus dili” dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir:

"Bildiririk ki, 2019-cu ildə hazırlanan dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib. 20 Yanvar faciəsi Azərbaycanın milli qürur və qəhrəmanlıq səhifəsidir".

1990-ci il yanvarın 190-dan 20-nə keçən gecə ozamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya yeridilən 35 minlik ordu korpusunun apardığı əməliyyat “Zərbə” adlanırdı. Həmin gün 130-dan çox dinc sakin öldürülmüş, 700-dən çox adam yaralanmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG