Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:17

Dərslər başladı


Azərbaycanda ilk dərs ili, Bakı, 15 sentyabr 2018
Azərbaycanda ilk dərs ili, Bakı, 15 sentyabr 2018

Bu gün, sentyabrın 15-i Azərbaycanda “Bilik Günü”dür. 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə bu gündən dərslərə start verilib. 5 günlük tədris həftəsi olan məktəb və siniflərdə isə dərslər sentyabrın 17-dən başlayacaq.

Təhsil Nazirliyinin məlumatına görə, 2018-2019-cu tədris ilində 1-ci sinfə 165 min 780 şagird-in qəbulu proqnozlaşdırılır. Ümumilikdə ümumtəhsil müəssisələrində 1 milyon 592 min 317 şagirdin təhsil alması nəzərdə tutulur.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 442 min 147 şagirdin təhsil alması planlaşdırılır.

Yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsaitin çap edildiyi bildirilir. Şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.

Nazirlik bu il müəllimlərin işə qəbulu ilə bağlı statistik bilgiləri də açıqlayıb.

İyul-avqust aylarında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə 46 min 839 namizədin iştirak etdiyi, onlardan 4 min 53 nəfərin işə qəbul olundugu deyilir.

Azərbaycanda sentyabrın 15-i 2004-cü ildən rəsmi şəkildə “Bilik Günü” kimi qeyd olunur.

İlk dərs günü
İlk dərs günü

XS
SM
MD
LG