Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 20:51

'Baş həkim deyir, dərman çatışmazlığı var'


Aptek.
Aptek.

“Pulsuz verilən dərmanları kəsiblər. Həyat yoldaşım bir müddətdir dərmansız qalıb, durumu ağırlaşıb”.

Biləsuvar sakini Vüsal Abbasov AzadlıqRadiosu-na belə deyir.

“Bu dərmanların heç bircəciyini də almağa gücüm çatmır”

Vüsal Abbasovun həyat yoldaşı, iki uşaq anası Ramidə Həmidova böyrək çatışmazlığından əziyyət çəkir. Onun sözlərinə görə, daha öncə rayon xəstəxanası xəstəni pulsuz dərmanla təmin edirmiş. Ancaq son dəfə - bu ilin fevralında pulsuz dərman üçün müraciət edəndə ona bildirilib ki, dərman qıtlığı var. Şikayətçi:

“Resept yazıb verdilər, gedib aptekdə hesablatdırdım. 800 manatadək xərc tutdu. Kasıb adamda o qədər pul hardan dərmana verə... Qayıtdım xəstəxanaya, dedim, bu dərmanların heç bircəciyini də almağa gücüm çatmır. Bu dərmanlar pulsuz verilirdi, axı... Baş həkim dedi, dərman qıtlığıdır, bizə də verilmir”.

Buna da bax:​ Əyalətlərdə xarici dərmanlar çətin tapılır

Heç bir dərman qıtlığı yoxdur?

Vüsal Abbasov Səhiyyə Nazirliyinin “Qaynar Xətti”nə zəng vurub, şikayətini bildirib:

“Dedilər, heç bir dərman qıtlığı yoxdur. Yenə rayon xəstəxanasına müraciət etməyimi tapşırdılar. Mən bir də müraciət etdim, yenə eyni cavabı aldım. Həyat yoldaşım o dərmanlardan ömrünün sonunadək qəbul etməlidir. Belə çıxır ki, adam əl-ayağını uzadıb ölməlidir? Axı pulsuz verilməli olan dərmanları aptekdən 700-800 manata almalıyam, mənim heç buna bircə dəfə də gücüm yetməz, o ki qala xəstənin ömrünün sonunadək almağa...”.

“Baş həkimə yaxınlaşıb aydınlaşdıra bilərlər”

Buna da bax: Baş pediatr: «Rüşvət» sözü Azərbaycan səhiyyəsinə uyğun gəlmir

Biləsuvar Rayon Mərkəzi xəstəxanasından “Qaynar xətt”ə bildirilib ki, Ramidə Həmidovaya pulsuz dərman verilməsində heç vaxt problem olmayıb: “Heç indi də belə problem yoxdur. Pulsuz dərman alanların siyahısında olan xəstələrdən də maraqlana bilərsiniz. Hər kəs pulsuz dərmanını vaxtlı-vaxtında gəlib alıb gedir.

Həmin xəstəyə pulsuz dərman verilməsi kəsilibsə, yəqin səbəb olub. Dərman qıtlığı yoxdur, nə isə anlaşılmazlıq var, yəqin. Baş həkimə yaxınlaşıb aydınlaşdıra bilərlər”.

“Səhiyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldıra bilər”

Buna da bax:​ Müalicə almaq istəyirsən, get öz dərmanını al gətir...

Hüquqşünas Vaqif Alıyev deyir, Nazirlər Kabineti tərəfindən səhiyyə üzrə təsdiq olunmuş 11 dövlət proqramı çərçivəsində bütün tibbi xidmət və dərman təchizatı əhaliyə dövlət hesabına təqdim edilməlidir:

“Əsasən, onkoloji xəstələrin şiş əleyhinə, hemofiliya və talassemiya irsi qan xəstəlikləri, şəkərli diabet, yoluxucu xəstəliklər, qanın, qan komponentlərinin donorluğu, bir də “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" çərçivəsində xəstələr pulsuz dərmanla təmin olunmalıdırlar”.

Hüquqşünasın sözlərinə görə, ölkədə fəaliyyət göstərən imtiyazlı apteklərdən I, II qrup əlillərə, Qarabağ və II Dünya Müharibəsi əlillərinə və digər vətəndaşlara 180-ə yaxın dərman vasitəsi pulsuz verilməlidir. Pulsuz dərmanı ala bilməyən pasiyent Səhiyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldıra bilər.

XS
SM
MD
LG