Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:41

ABŞ Deripaskaya aid məxfi sənədləri açıqlayacaq


Oleg Deripaska
Oleg Deripaska

ABŞ Maliyyə Nazirliyi rusiyalı milyarder Oleg Derpaskaya qarşı şəxsi sanksiyaların irəli sürülməsini əsaslandıran məxfi sənədlərin açıqlanmasına razılıq verib.

Bu barədə məlumatlar ABŞ-da Vaşinqton dairə məhkəməsindədir. Bu məlumatlar Court Listener saytında yerləşdirilib.

Sənəd dekabrın 9-da dərc edilib və Forbes jurnalının diqqətini dekabrın 27-də cəlb edib.

Deripaskaya qarşı sanksiyalar 2018-ci il, aprelin əvvəllərində “Amerikanın Düşmənlərinin Qarşısının Alınması” qanununa müvafiq olaraq irəli sürülüb.

Mart ayında Deripaska ABŞ Maliyyə Nazirliyini və onun rəhbəri Steven Mnuchin-i məhkəməyə verərək ona qarşı məhdudiyyətlərin aradan qaldırılmasını istəyib.

O iddiada bildirir ki, siyasi münaqişənin qurbanına çevrilib və ona qarşı sanksiyalar ABŞ qanunlarına ziddir.

O habelə ABŞ Maliyyə Nazirliyinə özünün “oliqarx” adlandırılmasının qadağan olunmasını tələb edir.

ABŞ sanksiyalarına görə Deripaska ona məxsus Rusal və En+ şirkətlərindəki nəzarət paketlərini satmağa məcbur olub.

Bu yaxınlarda Kiprin hakimiyyət orqanları onun vətəndaşlıqdan məhrum edilməsi proseduruna başlayıb.

Forbes jurnalının hesablamalarına görə Deripaskanın ümumi sərvəti 500 milyon dollar azalıb.

Ötən may ayında ABŞ Maliyyə Nazirliyi Deripaskaya qarşı sanksiyalara əsas verən sənədlərin siyahısını dərc etmişdi.

Oktyabr ayında Deripaska iki Britaniya və bir ABŞ media qurumuna qarşı məhkəmə iddiasını udub.

XS
SM
MD
LG