Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:13

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusal-ın sanksiyaları barədə məlumat verib


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Gina Haspel Senat dinləməsində
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Gina Haspel Senat dinləməsində

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bildirir ki, Rusiya oliqarxı Oleg Deripaskaya bağlı şirkətlərinüzərindən sanksiyaların qaldırılması ilə əlaqədar heç bir narahatlıq ifadə etməyib.

MKİ-nin direktoru xanım Gina Haspel yanvarın 29-da keçirilən Senat dinləməsi zamanı deyib ki, onun agentliyi Maliyyə Nazirliyinə yalnız Deripaskanın özü ilə bağlı məlumatı verib:

"Yox, mən düşünmürəm ki, biz hər hansı narahatlıq ifadə etmişik, amma əlbəttə, bütün lazımi kəşfiyyat məlumatını təqdim etmişik”.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, Rusiyanın Rusal alüminium nəhəngi, onun ana şirkəti En+ və EuroSibEnergo enerji şirkətinin üzərindən sanksiyaların qaldırılması bu şirkətlərin Oleg Deripaskanın onların səhmlərinə birbaşa və dolayısı ilə çıxışını azaltmasından və onun nəzarətinin dayandırmasından sonra mümkün olub.

Sözü gedən sanksiyalar əvvəlcə aprel ayında qoyulmuşdu, lakin bu tədbir qlobal metal bazarlarını təlatümə salmış, ABŞ və Avropanın bizneslərini kəskin mənfi təsirləndirmişdi. Rusal dünyanın ən böyük alüminium istehsalçılarından biridir.

Bundan sonra ABŞ administrasiyası sözü gedən şirkətlərlə Deripaskanın nəzarətinə son qoyulmasına dair razılaşma əldə olunmuşdu. Sanksiyaların yalnız bu şərtlə qaldırılacağı bildirilmişdi.

ABŞ Konqresinin Nümayəndələr Palatasının dörd vəzifəli millət vəkili yanvarın 29-da bildirib ki, onlar Rusal və En+ şirkətlərinin bu öhdəliyə riayət etməsinə nəzarət edən qanunvericilik aktının qəbulu məsələsinə baxacaqlar.

Kremlə yaxınlığı ilə tanınan Deripaska sözü gedən şirkətləridəki nəzarət paketlərindən imtina etməyə razılaşıb. Onun özü ABŞ-ın sanksiya siyahısında qalır.

Oleg Deripaska
Oleg Deripaska

Deripaska En+ şirkətindəki səhm payını 70 faizdən 44, 95 faizə endirib.

ABŞ Konqresinin Vergi Nəzarəti, Xarici İşlər, Kəşfiyyat və Maliyyə Xidmətləri komitələrinin sədri olan 4 demokrat millət vəkili birgə bəyanatlarında bildiriblər:

"Biz Maliyyə Nazirliyinin və bu şirkətlərin razılaşmanın şərtlərinə hərfən və ruhən riayət etməsini nəzarətdə saxlayacaq qanunvericilik tədbirlərini nəzərdən keçiririk”.

Opponentləri Trump-ı müqabilində heç nə əldə etmədən Rusiyaya güzətlər etməkdə günahlandırırlar, lakin Trump iddia edir ki, o Moskvaya qarşı ən sərt mövqe tutan ABŞ prezidentidir.

Bir çox demokrat və bəzi respublikaçı millət vəkilləri xüsusi prokuror Robert Mueller-in “Trump-Rusiya əlaqələrini” araşdıran təhqiqatı başa çatmadan sanksiyaların yumşaldılmasını məqsədəuyğun saymırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG