Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:04

Azərbaycan deputatları Strasburqa gedəcəklər


arxiv foto

Sentyabrın 30-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlamalıdır.
Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak etmək üçün sentyabrın 29-dan oktyabrın 7-dək Strasburqda səfərdə olmalıdırlar.

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elşad Həsənov daxildirlər.
Bu barədə Azərbaycan Milli Məclisinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sessiyada Assambleya Bürosunun, Daimi Komitənin hesabatı dinlənəcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Şimali Makedoniya ilə post monitorinq dialoqu, Moldovada demokratik institutlar, Yəhudi mədəni irsinin qorunması və başqa mövzularda fikir mübadiləsi aparılacaq.

“Sessiya çərçivəsində “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbirlər də keçiriləcək”, Milli Məclis bildirir.

Xatırlatma

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.Bu quruma üzv olarkən Azərbaycan bir sıra öhdəliklər götürüb.Bura insan hüquqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və başqa öhdəliklər daxildir.Azərbaycan qurumun, hələ də monitorinqi altındadır.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG