Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:48

Deputat: ‘Çox güman ki, sərt tədbirlər həyata keçiriləcək’


Fazil Mustafa
Fazil Mustafa

Deputat Fazil Mustafa suallarmızı cavablandırıb.

- Fazil bəy, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında (İES) qəza baş verdi. Bunun yaratdığı problemlər hələ də müzakirə predmetidir. Elektrik kəsildi, insanlar metro stansiyalarında qaldılar, dəmiryoli iflic vəziyyətə düşdü, işməli su problemi yarandı və.s. Bütün bunları necə qiymətləndirirsiniz və səbəbləri nədə görürsünüz?

- Baş verənlər birinci növbədə nəzarətsizlikdən yarandı. Müəyyən mərhələdə enerji sektoruna ən çox vəsait ayrılan sahə kimi baxmaq lazımdır. Amma vəsait lazımı təyinat üzrə xərclənməyib. Həm də laqeydlik rol oynadığından bu nəticə gözlənilən idi. Məsələ ondadır ki, belə hadisələr müharibə vəziyyətində olan dövlətdən ötrü çox böyük təhlükə mənbəyi ortaya çıxara bilər. Baş verənlərdə qeyri-peşəkarlığın da rol aldığını söyləmək olar. Enerji elə bir sahədir ki, peşəkarların öndə olması lazımdır. Amma çox təəssüf ki, bu sahədə səlahiyyətli şəxslərin peşəkarlara daha az diqqət yetirdiyinin şahidi olursan. Ona görə də Azərbaycanda ciddi müətəxəssis hazırlığına ehtiyac var.

- Oxşar hadisə əvvəlllər də olub, 2002-ci ildə. O, vaxt ölkə başçısı Heydər Əliyev nazir Müslim İmanovu vəzifəsindən kənarlaşdırıldı. İndi baş verənlərə münasibətdə belə tədbir görülmədi. Buna münasibətiniz?

- Çox güman ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Çünki səhvlər, sui-istifadə halları etiraf olundu, ən yüksək səviyyədə. Ölkə başçısı da bu barədə danışdı. İndiki mərhələdə dövlət başçısı üçün qəzanın nəticələrini ortadan qaldırmaq əsas məsələdir. Qəza hər zaman ola bilər, amma burda söhbət məsuiyyətsizlikdən gedir. Texniki və yaxud başqa qəza olursa, ona hazırlıq, enerji mənbələrinin alternativlərinin tapılması, vaxtında bunun nəzərdə tutulması vacibdir. Amma indiki mərhələdə ciddi araşdırmaya ehtiyac var. Araşdıranda görünəcək ki, ayrılan vəsaitin çox cüzi hissəsi sağlam, normal texniki vasitələrə ayrılıb, qəzanın səbəbi də burdan qaynaqlanır. Çox güman ki, araşdırmanın nəticələri bəlli olan kimi sərt tədbirlər həyata keçiriləcək.

- Həm baş prokuror Zakir Qaralovun, həm də fövqəladə hallar naziri Kamaləddin Heydərovun müşavirədəki çıxışlarında çox ciddi itthamlar yer almışdı. Onların deməsinə görə “Azenerji” rəhbərliyinə əvvəlcədən vəziyyətlə bağlı xəbərdarlıqlar edilib. Buna münasibətiniz?

- Baş Prokurorluq ciddi araşdırıb fakt ortaya qoymalıdır. O zamandan sonra hər hansı şəkildə tədbirlər görülməsə, cəmiyyət bunu birmənalı qarşılamayacaq.

- Prezident qəzadan sonra müşavirədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sədri Etibar Prverdiyevə dedi ki, “siz utanmalısınız” Ümumiyyətlə, dövlət idarəetməsində belə hal nə dərəcədə düzgündür?

- İlk addım olaraq daha soyuqqanlı yanaşma sərgilənməlidir, bu da baş verdi. Ardınca konkret yoxlamanın nəticəsinə görə adamların məsuliyyəti müəyyən olunacaq. Təsəvvür edin ki, metroda o cür həyat riski, ölümlə savaş altında qalan insanları, xəstəxanalarda elektrik kəsilməsindən yaranan vəziyyəti düşünün...

- Xatırlayırsınızsa, prezident 2004-cü ildə Milli Enskilopediyanın redaktoru İsmayıl Vəliyevi nəşrdə ötən əsrin 70-ci illəri barədə tənqidi cümləyə görə müşavirədən çıxartdı.Bu barədə nə deyə bilərsiniz?

- Bunlar fərqli mövzulardır. Ona görə ki, ensiklopediya tamam fərqli məsələdir. Ensiklopediyanın özünün də bugün bərbad olduğu ortaya çıxdı. Azərbaycan Milli Ensiklopediyası xeyli plagiatla dolu olduğundan çox narahatlıq doğurur. Amma enerji qəzası ölkənin imiciylə bağlıdır. Təsəvvür edin, ölkənin turizm potensialına nə qədər böyük zərbə dəydi, qısa müddətdə işıqların olmaması onu göstərdi ki, Azərbaycanda bu sahədə sabit idarəetmə formalaşmayıb. Ona görə də enerji sahəsinin fəsadları daha böyükdür. O baxımdan elektrik enerjisində bu cür qəzaların baş verməməsi barədə düşünmək lazımdır. Söhbət kiminsə tənqidindən, cəzalanmasından yox, problemin ortadan qaldırılmasından gedir. Doğrudanmı, bundan sonra mütəxəssislərin sözü eşidiləcək, yaxud layiq olan yerə onlar təyin olunacaq? Əsas məsələ problemin həllidir.​

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə ölkənin böyük bir ərazisi elektriksiz qalıb.

Rəsmi məlumatda həmin vaxt Mingəçevir İstilik Elektirik Stansiyasında qəza baş verdiyi bildirilir.

İyulun 3-ü səhər saatlarından Bakıda, bölgələrdə elektrik verilişi tədricən bərpa edilsə də,saat təxminən 18:45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik enerjisi kəsilib. Sərnişinlər Bakı metrosunda tuneldə qalıblar. Yalnız gecə saatlarında Bakıda və bölgələrdə elektirikin verilişi nisbətən bərpa edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG