Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:15

Deputat: 'Hökumət həbslərdə bəzi məsələləri nəzərə almalıdır'


Fazil Mustafa
Fazil Mustafa

“BMT-nin, ümumiyyətlə, bu cür qurumların Azərbaycanla bağlı açıqlamaları, haqlı olaraq, bir qədər şübhəylə qarşılanır. Bu qurum Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində susqunluq nümayiş etdirdiyi halda, digər məsələlərdə aqressiv görünməyə çalışır”. Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa BMT-nin insan haqları üzrə məruzəçisi Michel Forst-un fikirlərini şərh edərkən belə deyib.

Buna da bax:​ Azərbaycana səfər edən M.Forst: 'Onlar xain yox, qəhrəmandırlar'

“QHT-lərin iflic hala düşməsi...”

Michel Forst: “Tənqidçilər hücumlara məruz qalır, damğalanır, xuliqanlıqda, narkotik cinayətlərində və s. ittihamlarla həbs olunur, məhkum edilirlər”.

BMT məruzəçisi mətbuat konfransında “şiddətli təzyiqlər” ucbatından Azərbaycanda vətəndaş cəmiyyətinin “iflic” olduğunu bildirib. F. Mustafa vətəndaş cəmiyyəti sektorunda müəyyən problemlərin mövcudluğunu, hətta onun “iflic” olduğunu gizlətmir. Ancaq bunu doğuran səbəblərin üzərində dayanaraq, hakimiyyətin addımını belə açıqlayır:

“QHT-lərin iflic vəziyyətinə düşməsi, əsasən, ölkənin təhlükəsizliyi ilə bağlı problemlərlə əlaqələndirilməlidir. Artıq bir sıra ölkələrdə xarici qrantların başqa siyasi məqsədlərə ayrılması yönündə faktlar ortaya çıxdığından, hökumət də Azərbaycanın təhlükəsizliyi baxımından fərqli bir siyasət yürütməyə başladı”.

“Ola bilər bir neçə fəalın həbsi narahatlıq doğurur. Məsələn, Natiq Cəfərlinin həbsi. Amma o azad edildi..."

Deputat son illərdə QHT sektoruna hakimiyyətin özünün maliyyə ayırmasını da həmin səbəbə bağlayır. Amma bu zaman “siyasi hakimiyyətə yaxın” QHT-lərin bəlli “imtiyazlar” qazana bildiyini də söyləyir. Bununla belə, deputat bütünlükdə vətəndaş cəmiyyəti qurumlarının fəaliyyət göstərdiyini və müəyyən “təsir imkanlarına” sahib olduğunu deyir.

Buna da bax:​ Anar Məmmədli: 'Hakimiyyət istədiyinə nail oldu'

“Həbslər azalıb”

Fazil Mustafa BMT məruzəçisinin vətəndaş cəmiyyəti fəallarının həbsi haqqında söylədiklərinə də toxunub. O, son amnistiyadan sonra xeyli vətəndaşın azadlığa çıxdığını vurğulayaraq deyib:

“Ola bilər bir neçə fəalın həbsi narahatlıq doğurur. Məsələn, Natiq Cəfərlinin həbsi. Amma o azad edildi. Bununla belə, bir sıra şəxslər hələ də həbsdədir. Çox güman, yaxınlarda onlar da azad ediləcəklər. Hökumət bu sahədəki bəzi məsələləri nəzərə almalıdır”.

Michel Forst onu da söyləmişdi ki, qanun pozuntularını tənqid edənlər “hücumlara məruz qalır, damğalanır, xuliqanlıqda, narkotik cinayətlərində, dövlətin konstitusion quruluşunu dəyişməyə cəhddə ittihamlarla həbs olunur, məhkum edilirlər”.

Buna da bax:​ İcazəli aksiyalarda niyə həbslər olur?

“Ola bilsin, mitinqlərdə saxlanıb, 10-15 sutka alanlar olur. Amma uzunmüddətli həbslərin sayı əvvəlki kimi çox deyil..."

Fazil Mustafa bu cür davranışı istisna etmir, amma onun kütləvi xarakter daşımadığını da vurğulayır. O son zamanlar həbslərin azalmasına diqqət çəkir:

“Ola bilsin, mitinqlərdə saxlanıb, 10-15 sutka alanlar olur. Amma uzunmüddətli həbslərin sayı əvvəlki kimi çox deyil. Bu sahədə problem varsa, Avropa İnsan Haqları Məhkəməsi öz qərarlarının icrasına ciddi nəzarət etsə, ölkələrdə yurisprudensiya da özbaşınalıq deyilən həddə çatmaz. Bunda AİHM-in ali instansiya kimi fəaliyyətsizliyinin də təsiri var. Bu məhkəmə daha təsirli rol oynamalıdır. Yenə deyirəm ki, həbslər kütləvi deyil. Bir neçə şəxs xuliqanlıq, narkotik ittihamı ilə həbs olunub. Bildiyim qədər, vergi qaçaqçılığı ilə bağlı həbslər var, bu da ölkənin vergi qanunvericiliyinin pozulmasından qaynaqlanır”.

“Tövsiyələr xoşniyyətli olarsa, yerinə yetirilə bilər...”

Deputat BMT məruzəçisinin hökumətə tövsiyələr verməyə hazırlaşmasına da münasibət bildirib: “Təbii ki, bu tövsiyələr tövsiyə şəklində, xoş niyyətlə olarsa, yerinə yetirilə bilər. Qərəzli olarsa... Onsuz da Azərbaycan hökuməti bu gün beynəlxalq ictimaiyyətin rəyinə ciddi yanaşmır. Yanaşmamaqda da haqlıdır. BMT özü Azərbaycanla bağlı məsələlərin həllinə ciddi yanaşmır. Öz qətnamələrini yerinə yetirməyən qurumun tövsiyəsini Azərbaycan necə yerinə yetirə bilər? Bu da əks sual kimi qoyula bilər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG