Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

'23 fevralla bağlı məqsədli təbliğat aparılır'


 Fazil Mustafa
Fazil Mustafa

“Azərbaycanda sovet dönəmində qeyd olunan “23 fevral-sovet ordusu” günü təbliğatı orta məktəblilər arasında yenidən start götürür və məqsədli təbliğat aparılır. Bu uşaqların heç sovetlər barədə, onun ordu və donaması barədə təsəvvürləri də yoxdur. Sadəcə bu tarixi bəziləri 8 martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar”.

Bunu deputat Fazil Mustafa bildirib.

Buna qəti etiraz ifadə edən deputat deyib ki, görünür hansısa qüvvələr yenidən bu məsələ üzərində iş görür, təbliğat aparır.

“Doğrudanmı bəzi məktəblərdə “oğlanların bayramı” deyəndə heç olmazsa həmin uşaqlara başa salan yoxdur ki, sovet ordusunun yaranma günü əvəzinə 26 iyun- Milli Ordumuzun yaranma gününü qeyd etsinlər? Mən uzun illər öncə qeyd olunan 23 fevral tarixini unutmuşam, bunu uşaqlarımız üçün görəsən hansı qüvvə yenidən canlandırıb?”-deyə deputat sual verib.

Deputat vurğulayıb ki, son bir neçə ildə bəzi Bakı məktəblərində 23 fevral "oğlanlar bayramı" kimi xatırlanır, həmin tarixdə bir sıra məktəblərdə qızlar öz oğlan sinif yoldaşlarına hədiyyələr alırlar.

Deputatın deməsinə görə, bunun səbəbini də 26 iyun - Milli Ordunun yaranma il dönümünün yay tətilinə düşməsi ilə izah edirlər.

Xatırlatma

Azərbaycan SSRİ-nin tərkibində olanda ( 1920-1991) Bakı və respublikanın bölgələrində də 23 fevral “Sovet Ordusu və Hərbi – Dəniz Donanması ” günü kimi qeyd edilib. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin Bakıda törətdiyi kütləvi qırğın hadisəsi və ardınca da Azərbaycanın müstəqillik əldə etməsindən sonra bu ənənə tamamilə aradan götürülmüşdü.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG