Keçid linkləri

2025, 25 Yanvar, şənbə, Bakı vaxtı 00:22

Demokratlar ABŞ hökumətindən Rusiya şirkətlərinə dair sənədləri tələb edirlər


Rusal şirkətinin alüminium məhsullarından
Rusal şirkətinin alüminium məhsullarından

ABŞ Konqresinin demokrat üzvləri ölkənin Maliyyə Nazirliyindən onun rusiyalı oliqarx Oleg Deripaskaya bağlı şirkətlərin üzərindən sanksiyaların qaldırılması qərarı ilə əlaqədar sənədləri almağa çalışırlar.

Nümayəndələr Palatasının üç vəzifəli demokrat üzvü yanvarın 29-da bu barədə maliyyə naziri Steven Mnuchin-ə məktub göndərərək müvafiq sənədlərin təqdim olunmasını istəyiblər.

Konresmenlər deyirlər ki, onları “məxfilik dərəcəsindən asılı olmayaraq” materialların geniş dairəsi maraqlandırır.

Bu xəbərdən bəlli olur ki, konqresmenlər habelə məxfi sənədlərin verilməsini tələb edirlər.

Sənədləri tələb edənlər Konqresin Kəşfiyyat Komitəsinin sədri Adam Schiff, Maliyyə Xidmətləri Komitəsinin rəhbəri Maxine Waters və Xarici İşlər Komitəsinin başçısı Eliot Engeldir.

Deripaskanın alüminium istehsalı ilə bağlı şirkətlərinə qoyulmuş sanksiyaların taleyindən narahatlıqaylardır ki, Konqresi məşğul edir.

Kremlə bağlı olduğu düşünülən milyarderin özü ABŞ-ın sanksiya siyahısında qalır, lakin ona aid şirkətlərin üzərindəki sanksiyalar bu ayın əvvəllərində qaldırılıb. Buna səbəb kimi Rusal şirkəti üzərinə qoyulmuş sanksiyanın qlobal metal bazarında təlatüm yaratdığı və bunun ABŞ və Avropa bizneslərini təsirləndirdiyi göstərilib.

Xəbərlərdə yazıldığına görə davamlı lobbiçilik fəaliyyətinin nəticəsində Rusiyanın Rusal və En+ şirkətləri üzərindəki sanksiyalar qaldırılıb. Bu sanksiyaların qaldırılması üçün şərt kimi Deripaskanın şirkətlərdəki nəzarət səhm paketindən əl çəkməsi qoyulmuşdu.

Konqres bu sanksiyaların qaldırılmasını bloklamağa uğursuz cəhd göstərsə də, administrasiya yanvarın 27-də sanksiyaları rəsmən ləğv edib.

Lakin o vaxtdan bəri yayılan media xəbərlərində deyilir ki, Deripaskanın əl çəkdiyi səhmlərdən onun başqa ailə üzvləri, başqa oliqarxlar və Rusiya dövlətinin nəzarətində olan bir bank mənfəətlənə bilərdi.

XS
SM
MD
LG