Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

Dərslikləri çap edən ailənin milyonlarının aqibəti


Manat
Manat

Bir neçə gün öncə lisenziyası ləğv olunan «Dəmirbank»ın «Bayıl» filialının müdiri Fərəh Rəşadətli də həbsdədir. 3 milyon manata yaxın vəsaitin mənimsənilməsində suçlanan 31 yaşlı F.Rəşadətli ev dustaqlığında idi. Amma məhkəməsinin ilk günündə hakim onun həbsdə ola-ola mühakiməsi edilməsinə qərar verdi.

Filial müdirinin özü ilə yanaşı, xəzinədar olmuş 31 yaşlı Tamamgül Xanlarova və bankın daha bir əməkdaşı, 28 yaşlı Fariz Qarayev də müttəhimlər kürsüsündədir. Amma onlar həbsdə deyil.

Rəşadətli və daha iki işçisi 8 əmanətçinin banka əmanət kimi qoyduğu pulların mənimsənilməsi, sənədlərə yalan məlumatlar yazılması, dələduzluq kimi əməllərdə günahlandırılır. Zərərçəkmişlərdən 7 nəfər də bir-biri ilə qohum olan iki ailənin üzvləridir. Bunlardan biri Təhsil Nazirliyinin sifarişi ilə dərsliklərin çapıyla məşğul olan «Təhsil Nəşriyyat-Poliqrafiya» MMC-nin təsisçisi və baş direktoru, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundovun özü və ailəsi, digəri isə Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün ailəsidir.

«Pulu dollarla geri istəyəndə qaytara bilmədim»

İddiaya görə, «Dəmirbank»da əmanətlərin mənimsənilməsi nəticəsində Bəhruz Axundova 400 min, onun həyat yoldaşı Əzizə Axundovaya 1 milyon 155 min, qızı Pərvanə Əliyevaya 400 min, oğlu Tural Axundova 395 min, gəlini Gülnur Axundovaya 300 min ziyan dəyib.

***Buna da bax-'Dekabank' rəhbəri məhkəmə qarşısında: 'Sanki bütün işləri o görüb...'

Daha iki zərərçəkmişin biri – Sevda Xəlilova Gülnurun anası, Firəngiz Xəlilova isə bacısıdır. Onlar Xəlil Rzanın gəlini və nəvələridir. S.Xəlilova 300 min manat, qızı Firəngiz isə 150 min dollar ziyana düşüb.

Banklara etibar edirsinizmi? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

F.Rəşadətli özünü qismən günahkar sayır. Deyir ki, müqaviləyə uyğun olaraq, bu müştərilərə hər ay əmanətlərinin faizləri vaxtlı-vaxtında ödənilib. 2015-ci ilin fevralında devalvasiyadan sonra əmanətçilər filiala yerləşdirdikləri pulu dollara çevirmək istəyiblər. Filial müdirinin dediyinə görə, o da bunu formal qaydada əmanət kitabçasına qeyd edib, əslində isə çevirməyib. Sonradan müştərilər əmanətləri dollarla geri tələb edəndə pulu ödəyə bilməyib.

F.Rəşadətli, eyni zamanda, zərərçəkmişlərdən biri olan Tural Axundovu da günahlandırır. Deyir ki, yaxınlarından bəzilərinin əmanətlərinin bir hissəsini T.Axundov gəlib götürüb.

Beynəlxalq Bankdan çıxarılıb «Dəmirbank»a qoyulan əmanətlər

B.Axundov 2017-ci il iyunun 29-da dünyasını dəyişib. Ardınca oğlu Tural Axundov «Təhsil Nəşriyyat-Poliqrafiya» MMC-nin baş direktoru olub.

***Buna da bax-Bir bankda müştərilərin başına açılan oyunlar...

Filial müdiri kimi, zərərçəkmişlərdən Sevda Xəlilova da dolayısıyla T.Axundovu günahlandırır. Deyir ki, elə «Dəmirbank»a da kürəkəninin təkidi ilə aparıb əmanət qoyub. T.Axundov xeyli danışıqlardan sonra onu razı salıb ki, Beynəlxalq Bankda olan əmanətini çıxarıb, aparıb «Dəmirbank»a qoysun.

S.Xəlilovanın dediyinə görə, əmanətinin bir hissəsini kürəkəninin bankdan gedib çıxarması haqda F.Rəşadətlinin söylədiklərini o da eşidib. Amma bunu dəqiqləşdirmək imkanı olmayıb. Çünki ona F.Rəşadətli ilə nə həbsindən əvvəl, nə də sonra görüşməyə imkan verilməyib.

İxtiyar sizdə olsaydı, bankların işində nəyi dəyişərdiniz?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

F.Rəşadətlinin valideynləri bir müddət öncə dövlət başçısına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ediblər. Bildirirlər ki, Fərəhin təqsirliliyi sübuta yetirilmədən, məhkəmənin elə ilk iclasında həbs olunması səbəbsiz deyildi. Valideynlərinin iddiasına görə, bu məsələdə B.Axundovun digər oğlu, Yasamal Rayon Məhkəməsinin hakimi Toğrul Axundovun rolu olub.

«Atamın ölümündə hakimlər günahkardır»

F.Rəşadətli haqqında cinayət işi başlandıqdan və ona ittiham veriləndən sonra həbs olunmuşdu. Hətta onun işi birinci dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləndə də həbsdə olub. O zaman məhkəmə ibtidai istintaqda qanun pozuntularına yol verildiyini əsas gətirərək, işi geri qaytarıb. Bundan sonra F.Rəşadətli haqqında həbs-qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb. İş ikinci dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə gələndən sonra isə elə hazırlıq iclasında barəsində həbs-qətimkan tədbiri seçilib.

***Buna da bax-Ləğv edilmiş banklarda ən çox itirən kimlərdir?

Zərərçəkmişlərlə «Dəmirbank» arasında başqa bir məhkəmə çəkişməsi də gedir. Nərimanov Rayon Məhkəməsi «Dəmirbank»ın əmanətçilərə pullarının bir qismini qaytarması haqda qərar çıxarıb. Amma bank bu qərarla razılaşmayıb, apellyasiya şikayəti verib. Elə zərərçəkmiş Axundovlar da iddialarının qismən təmin olunmasından narazı qalıblar. Amma Bakı Apellyasiya Məhkəməsində 9 ay davam edən araşdırmalardan sonra Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası F.Rəşadətli və digər işçilər haqqında həmin dövrdə istintaqın davam etməsini, hələlik, hökmün olmamasını əsas götürərək, bu iş üzrə ümumiyyətlə, icraatı dayandırıb.

T.Axundov bu qərarın sifarişlə çıxarıldığını iddia edir və atasının ölümündə də hakimləri günahlandırır.

«Atam ziyalı insan idi, ədəb-ərkan gözlədi, bu bankın kimlərə arxalandığını və kimlərin himayəsində olduğunu bilirdi, amma susurdu, ədalətsizliyiə yol verilməyəcəyinə inanırdı. Sonda görünməmiş haqsızlığa dözə bilmədi. Onun ölümündə hakimləri birbaşa baiskar bilirik», – T.Axundov prezidentə, Məhkəmə-Hüquq Şurasına və digər orqanlara məktublarında yazıb.

«Dəmirbank» özü də F.Rəşadətliyə qarşı mülki iddia qaldırıb. İddiada banka dəymiş maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsi tələb olunur.

Xatırlatma

Maliyyə Bazalarına Nəzarət Palatası bu il dekabrın 22-də «DəmirBank» ASC-nin lisenziyasını ləğv edib. Bu, bankın öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib. 2016-cı ildə isə ölkədə 11 bank bağlanıb.

Fond ümumilikdə noyabr ayının göstəricilərinə əsasən, 11 bank üzrə 747 milyon 943 min manatdan artıq kompensasiya ödəyib. Bu, qorunan əmanətlərin 90 faizindən çoxdur. Qorunmayan əmanətlər isə qaytarılmır.

XS
SM
MD
LG