Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 20:01

Dəm qazı 1 can aldı, 4 nəfəri xəstəxanalıq etdi


Foto: arxiv

Dekabrın 10-da Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. APA-nın xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Kirayədə yaşayan Neftçala sakini, 22 yaşlı Aytən Səfərova hamamda dəm qazından boğulub ölüb.

Dəm qazı ilə bağlı daha bir hadisə Binəqədi rayonu, Baksol yaşayış massivində qeydə alınıb. Orada yaşayanlar – Ramil Ağayev, həyat yoldaşıŞərqiyyə Ağayeva, övladları, Rəqsanə və Ülviyyə dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

XS
SM
MD
LG