Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:37

Gömrük Komitəsi: Daxili orqanda brilyant aşkarlanıb


İllüstrasiya
İllüstrasiya

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının külli miqdarda zərgərlik məmulatlarının qanunsuz yolla ölkə ərazisindən çıxarılmasının qarşısını aldıqları bildirilir.

Bu barədə bu gün, yanvarın 8-də Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumatda yazılıb ki, Bakı-Moskva aviareysilə gedən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. “Xanım vətəndaş 1-ci terminalın A zonasında quraşdırılmış rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə saxlanıb. Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub”, DGK bildirir.

Komitənin açıqlamasına görə, içərisində 5 ədəd boyunbağı olan kiçik kisəni həmin şəxs qarın nahiyəsindən çıxararaq gömrük əməkdaşına təqdim edib:

“Bundan sonra sərnişinin üzəri təkrar cihazla yoxlanılıb və sərnişinin daxili orqanından 2 ədəd kiçik həcmli kisələr müəyyən edilib. Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları - 5 boyunbağı, 5 üzük-sırğa cütü dəsti, 1 kulon-üzük-sırğa cütü dəsti, 4 cüt sırğa və 1 üzük aşkar edilib”

Açıqlamada vurğulanır ki, aşkar olunan zərgərlik məmulatları 750 və 583 əyarlı qızıldan hazırlanıb, ümumi çəkisi 219,98 qram təşkil edir. Məmulatların üzərlərində olan ağ şəffaf qaşlar brilyantdır.

Saxlandığı bildirilən şəxsin adı açıqlanmır, onun ittihama münasibəti bəlli deyil. Azərbaycan qanunverciliyinə görə, həmin şəxs qaçaqmalçılıqda ittihham edilə bilər. İttiham təsdiqlənərsə onu 5 ilə qədər həbs cəzası gözləyir.

XS
SM
MD
LG