Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:31

DİN Gəncə hadisələrini müzakirə edir


Daxili İşlər Naziri Ramil Usubov, arxiv foto
Daxili İşlər Naziri Ramil Usubov, arxiv foto

İyulun 14-də Daxili İşlər Nazirliyində nazir Ramil Usubovun sədrliyi ilə geniş kollegiya iclası keçirilir.

Xəbəri APA yayıb.

Respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəislərinin iştirak etdiyi kollegiya

2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlar və qarşıda duran vəzifələrlə bağlı olduğu bildirilir.

Kollegiyada həmçinin son günlər Gəncə şəhərində törədilən hadisələrin də müzakirə olunacağı deyirlir.

Xatırlatma

İyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Bundan sonra sosal şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirlməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisə ilə bağlı 11 nəfərin həbs olunduğu, bir nəfər – Rəşad Böyükkişiyevin isə polisə silahlı müqavimətə görə öldürüldüyü deyilir.

XS
SM
MD
LG