Keçid linkləri

Təcili xəbərlər
2019, 20 May, Bazar ertəsi, Bakı vaxtı 21:08

Davutoğlu qəfil bəyanatla AKP-ni sərt tənqid etdi


Ahmet Davutoğlu

Türkiyənin keçmiş baş naziri və prezidentin yaxın müttəfiqi Ahmet Davutoğlu aprelin 22-də hakim Ədalət və İnkişaf Partiyasını (AKP) onun ötən ay keçirilən bələdiyyə seçkilərindəki uğursuzluğuna görə sərt tənqid edən bəyanatla çıxış edib.

Reuters agentliyi yazır ki, Ahmet Davutoğlu vəzifəsini 3 il bundan əvvəl tərk edəndən bəri ictimaiyyət arasında görünmürdü.

Amma o qəfil bəyanatında həm də özünün də üzv olduğu AKP-nin iqtisadi siyasətlərini, media üzərinə qoyulmuş məhdudiyyətləri və Türkiyədə hakimiyyət qolları arasındakı balansın pozulmasının ölkəyə vurduğu ziyanı sərt şəkildə tənqid atəşinə tutub.

2015-ci ilin seçki plakatı
2015-ci ilin seçki plakatı

Partiyasının görkəmnli simalarından biri olan Davutoğlu 2014-2016-cı illərdə baş nazir olub və bu vəzifəsini Erdoğanla aralarında yaranmış narazılığa görə tərk edib. O vaxt Qərb mediası Davutoğlunun əslində istefaya məcbur edildiyini yazırdı.

Erdoğanın hakimiyyətini uzun illər təmin etmiş AKP son bələdiyyə seçkilərində İstanbul və Ankara şəhərlərinin itirilməsi də daxilı böyük uğursuzluğa düçar olub.

Son 25 ildə bu iki ən böyük şəhərin bələdiyyə rəisləri hakim partiyanın nümayəndələri idilər.

Davutoğlu aprelin 22-də verdiyi bəyanatda AKP-nin Millətçi Hərəkət Partiyası (MHP) ilə koalisiyasını nəzərdə tutaraq deyib:

“Seçki nəticələri müttəfiqlik siyasətinin bizim partiyaya vurduğu ziyanı, həm seçici sayında, həm də partiyanın kimliyi məsələsində ortaya qoydu”.

AKP və MHP ötən ilin iyun ayında keçirilən prezident və parlament seçkilərində Erdoğanın pörezident ola bilməsi üçün alyansa daxil olmuşdu. Partiyanın populyarlığını bu dövrdən sonra itirməyə başladığı deyilir.

Reuters yazır ki, Davutoğlunun 15 səhifəlik bəyanatı hələlik lirənin kursunu təsirləndirməyib.

Davutoğlu bildirib ki, partiya status quo-nun saxlanması namizə özünün islahatçı və liberal mənliyini son illərdə daha süst, təhlükəsizliyiə ifrat yönəlik yanaşma ilə əvəz edib.

O habelə qeyd edib ki, son illərdəki iqtisadi siyasət ölkəni azad bazar prinsiplərindən uzaqlaşdırıb.

Bir sıra tənqidçilər lirənin ucuzlaşmasına görə Erdoğanın kürəkəni, maliyyə naziri Berat Albayrakı səbəb göstərirdilər
Bir sıra tənqidçilər lirənin ucuzlaşmasına görə Erdoğanın kürəkəni, maliyyə naziri Berat Albayrakı səbəb göstərirdilər

Davutoğlu deyib ki, “ölkənin inkişafı üçün zəruri olan qlobal investorların hürküdülməsi Türkiyəni dalana dirəyib”.

Davutoğlu vurğulayıb ki, Türkiyə iqtisadiyyatı 2018-ci ilin son rübündə resessiayaya daxil olub və valyuta böhranı lirəni 35 faiz dəyərdən salıb:

“İqtisadi böhran administrasiyanın böhranından yaranıb. İqtisadi siyasət qərarları reallıqdan uzaqlaşdıqca administrasiyaya olan etimad da yoxa çıxır”.

Davutoğlu hakimiyytədəki qohumbazlığı da tənqid edib. O deyib ki, kadrlar onların şəxsi əlaqələrinə görə yox, şəxsi səriştə və keyfiyyətinə görə təyin edilməli idi.

Reuters yazır ki, son illərdə media AKP daxilində qruplaşma getdiyi və bu partiyadan ayrıca bir yeni partiyanın qopa bilcəyi barədə yazırdı.

Davutoğlu hadisələrin bu cür inkişaf edib-etməyəcəyinə dair heç nə deməyib.

Əksinə o daxildən islahat təklif edir:

“Mən bütün partiya başçılarımızı və əlaqədar qurumları bu məsələləri, həmçinin gələcəyə baxışımızı ağıllı və soyuq başla nəzərdən keçirməyə çağırıram”.

Günün bütün mövzuları

XS
SM
MD
LG