Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:29

Davos elitası etimadsızlıqla üz-üzə


Dünya İqtisadi Forumu
Dünya İqtisadi Forumu

Bu gün – yanvarın 17-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) başlayır. Azərbaycan prezidenti İlham Əliyev də Foruma qatılmaq məqsədilə yanvarın 16-da İsveçrə Konfederasiyasına səfər edib.

Həmişəki kimi, bu il də Forumda minlərlə siyasi liderin, iri biznes sahiblərinin iştirakı nəzərdə tutulub. Amma «Reuters» agentliyi builki toplantının fərqləndiyini, indi dünya liderlərinin çox böyük sınaqla, özlərinə qarşı dərin etimadsızlıqla üz-üzə olduğunu yazır.

ETİMAD AZALIR

Müəllif Ben Hirschler deyir ki, ABŞ-da, Böyük Britaniya və Filippindəki seçkilər ötən il həm hökumətlərə, həm də şirkətlərə, eləcə də mətbuata inamı görünməmiş dərəcədə sarsıdıb. İnsanların çoxu siyasi və iqtisadi sistemin onların etimadını doğrultmadığını, onları məyus etdiyini düşünür.

Buna da bax-8 adamın sərvəti dünya əhalisinin yarısının varına bərabərdir

Qərb mətbuatı ABŞ-dakı «Edelman» ictimai əlaqələr şirkətinin illik hesabatının bu fakta güzgü tutduğunu yazır. «Edelman etimad barometri» adlanan hesabatda əhalinin qurumlara inamının kəskin azaldığı göstərilib. Hesabatdan belə çıxır ki, indi insanların cəmi 41%-i dövlətə, 43%-i mətbuata sayqıyla yanaşır.

G-20 sammiti
G-20 sammiti

Biznesə etimad nisbətən yüksəkdir, 52%-dir. Amma hesabat müəllifləri bu rəqəmin də əvvəlki illərə nisbətən xeyli aşağı olduğunu deyirlər. Biznesə inamı azaldan amillərdən «Volkswagen»in çirklənməni olduğundan az göstərən proqramlarının ifşası, «Samsung Electronics»un telefonlarının yanması xüsusi qeyd olunur.

SİSTEMİN İŞLƏMƏDİYİNİ DÜŞÜNÜRLƏR

Şirkətin prezidenti Richard Edelman «Reuters»ə müsahibəsində insanlarda bütün sistemin qırılması haqda fikir formalaşdığını söyləyib.

Buna da bax-Obama Ağ evdən sonrakı həyatını yoluna qoyur

«Ən pisi odur ki, gəliri yüksək olan, təhsilli və informasiyalı adamların da yarısı sistemin işləmədiyini düşünür».

İdarəçilərə etimad sorğu aparılan bütün ölkələrdə düşüb. Yaponiyada əhalinin rəhbər şəxslərə inamının 18%-ə, Almaniyada 28%, ABŞ-da 38%-ə düşdüyü müəyyən edilib.

«Edelman etimad barometri» hesabatı 2001-ci ildən bu yana hər il hazırlanır. Budəfəki hesabat 2016-cı ilin oktyabr, noyabr aylarında, 28 ölkədən 33 min adamın fikrinə əsaslanaraq yazılıb.

XS
SM
MD
LG