Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 05:24

Daşnaksutyun partiyasının daha bir üzvünü Ermənistana buraxmayıblar


Areni Markosyan
Areni Markosyan

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Daşnaksutyun partiyasının üzvü, Yerevanın Zvartnots hava limanına Livandan gəlmiş, ABŞ vətəndaşı Areni Markosyanı ölkəyə buraxmayıblar.

Markosyan hava limanından canlı efirdə deyib ki, onun pasportunu səbəbini izah etmədən buraxılış məntəqəsində alıblar.

Azatutyun yazır ki, Markosyan Ermənistan insan haqları ombudsmanına müraciət edəndən sonra pasportunu qaytarsalar da sonra yenidən alıblar.

Ombudsmanın daha sonra verdiyi məlumatda deyilir:

“Səlahiyyətli orqanın nümayəndəsi ilə əlaqə yaradılıb. Nümayəndə bildirib ki, onun Ermənistan Respublikasına girişi qadağan olunub. Pasportunu ondan dönüş biletinin hazırlanması üçün alıblar”.

Nümayəndə qadağanın səbəbini izah etməyib.

Daşnaksutyun və “qara siyahı”

Azatutyun yazır ki, Daşnaksutyun partiyasından deputat Kristine Vardanyanın məlumatına görə onun partiyadaşı Markosyan artıq Livana qayıdıb.

Vardanyan bildirib ki, o hökumətin “qara siyahısında” hələ neçə Daşnaksutyun üzvünün olmasını bilmir, amma Areni Markosyan bu il hava limanından ölkəyə buraxılmayan sayca 6-cı partiya üzvüdür.

Azatutyun yazır ki, ötən il Erməni İnqilabi Federasiyası – Daşnaksutyun partiyasının büro üzvü, Fransa vətəndaşı Murad Papazyanın Ermənistana girişinə icazə verilməyib.

Hökumət yalnız bir həftədən sonra bildirib ki, Papazyanın ölkəyə gəlişinə, o Parisdə Ermənistan baş naziri Nikol Paşinyanın avtomobil karvanına hücum təşkil etməsi ilə bağlı qadağan qoyulub.

Radikallığı ilə seçilən millətçi Daşnaksutyun Partiyasının xaricdəki erməni diasporasında çox sayda üzvü var.

Azatutyun yazır ki, xarici vətəndaşların ölkəyə girişinə qadağanı Milli Təhlükəsizlik Xidməti qoyur.

Bu qurum Daşnaksutyun üzvlərinə qadağanın səbəblərini izah etmir.

XS
SM
MD
LG