Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 08:33

Dariga Nazarbayevanın Senat spikerliyinə xitam verilib


 Dariga Nazarbayeva, 9 aprel 2020
Dariga Nazarbayeva, 9 aprel 2020

Qazaxıstan prezidenti Kassym-Jomart Tokaev mayın 2-də parlamentin yuxarı palatasının spikeri, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariga Nazarbayevanın parlament səlahiyyətlərinə xitam verib.

Bununla bağlı Qazaxıstan prezidentinin saytında 13 sözdən ibarət məlumat yerləşdirilib.

"Dövlət başçısının fərmanı ilə Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Nazarbayeva Dariga Nursultanovnanın səlahiyyətlərinə xitam verildi"

Qərarın nə ilə əlaqəli olduğu hələki açıqlanmır.

Amma Tokaev twitter səhuifəsində ona "aktiv və məhsuldar işinə görə" minnətdarlığını bildirib.


Hələki Nazarbayevanın səlahiyyətlərinin sona çatması ilə bağlı Senatın rəsmi saytında məlumat verilmir.

Darigha Nazarbaeva, 1 may 2016
Darigha Nazarbaeva, 1 may 2016

Qazaxıstan Konstitusiyasına görə, senat spikeri, hazırkı dövlət başçısının istefası və ya vəfat etdiyi təqdirdə prezidentliyə namizəd olan birinci şəxsdir.

Dariga Nazarbayeva son dəfə Tokaevin fərmanı ilə deputat mandatı alıb. Ötən ilin avqustunda Tokaev keçmiş prezidentin qızını parlamentin yuxarı palatasına təyin edib.

O, geniş səlahiyyətlərini hələ də qoruyan atasının istefasından dərhal sonra, 2019-cu ilin martında ilk dəfə olaraq palatanın sədri olub.

Son həftələrdə Böyük Britaniyada daşınmaz əmlakla bağlı məhkəmə araşdırmalarında keçmiş prezidentin qızının adı hallanmaqdadır. Nazarbayeva və oğlu Nurəli Əliyev məhkəmədə ümumi dəyəri 100 milyon dollar olan iki mülkə qoyulmuş həbs qərarını aradan qaldıra bilib. Amma istintaq orqanları, Londonda daşınmaz əmlakın çirkli pulların yuyulmasında istifadə edilməsinin arqumentlərini nəzərə alan məhkəmənin qərarına etiraz edəcəklərini bildiriblər.


D. Nazarbayevanın ortancıl oğlu Aysultan Nazarbayev, ilin əvvəlindən dəfələrlə dünya mediasının manşetlərində yayımlanan mübahisəli yazıları ilə gündəm olub.

Bəzi yazılarında ona təzyiqlər və ailə daxilindəki çətin münasibətlər, digərlərində isə - ölkədə korrupsiya barədə məlumatlar yer alıb. Amma onun bu yazdıqlarını hakimiyyət nümayəndələri təkzib ediblər. Qazaxıstanın İnformasiya və ictimai inkişaf naziri Dauren Abayev hələ fevral ayında bu məsələyə "narkomaniyadan müalicə alan bir insanın dediklərini müzakirə etmək, sitat gətirmək, etik davranış deyil" deməklə münasibət bildirb.

Aysultan Nazarbaev
Aysultan Nazarbaev

2019-cu ilin oktyabrında London məhkəməsi Aysultan'ı 2019-cu ilin iyununda bir polis məmuruna hücum etmək ittihamı ilə 18 aylıq sınaq müddəti ilə mühakimə edib. İş materiallarına görə, eks-prezidentin nəvəsi narkotik maddələrin təsiri altında başqasının mənzilinə girib və həbs qərarı verilərkən də müqavimət göstərib.

Nazarbayevlər ailəsi Aysultan'ın yazıları və məhkəməsi ilə bağlı şərh verməkdən yayınır.

56 yaşlı Dariga Nazarbayeva əvvəllər Məclisin sədr müavini və baş nazirin müavini vəzifələrini tutub. 2007-ci ildə oğurlanması, sonra öldürülməsi və hətta çevriliş cəhdi də daxil olmaqla bir sıra cinayət əməllərində ittiham olunan əri Rahat Əliyevlə əlaqəli hadisələr fonunda siyasətdən gedib. Rahat Əliyev 2015-ci ildə Avstriya həbsxanasında ölü tapılıb.

2012-ci ildə Nazarbayevin böyük qızı Nur Otan prezident partiyasının siyahısında parlament üzvü olub və sosial və mədəni inkişaf komitəsinə rəhbərlik edib. 2014-cü ilin aprelində Məclisin deputatları yekdilliklə Dariqa Nazarbayevanı parlamentin aşağı palatasının sədr müavini seçiblər. 2015-ci ilin sentyabrında o, baş nazirin müavini vəzifəsinə təyin edilib. Bir il sonra Senata millət vəkili seçilib və parlamentin yuxarı palatasında təmsil olunub.

Qazaxıstanın indiki prezidenti Tokaev və keçmiş prezident Nazarbayev (sağ)
Qazaxıstanın indiki prezidenti Tokaev və keçmiş prezident Nazarbayev (sağ)

Dariga Nazarbayevin 79 yaşlı atası, keçmiş prezident Nursultan Nazarbayev xeyli gücə sahibdir. O, ömürlük Təhlükəsizlik Şurasının sədri olmaqla yanaşı ölkə siyasətində hakim olan partiyaya rəhbərlik edir. Qazaxıstan qanunları onun və ailəsinin ömürlük toxunulmazlığını təmin edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG