Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 06:50

Dağlıq və dağətəyi rayonlarda yağıntı gözlənir


Mayın 27-də gecə Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 18-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında isə bir elə yağıntı gözlənmir.

Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə leysan olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə 15-20, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG