Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:38

Criminal.az saytının rəhbəri: 'İkinci gündür ki, saytımız bloklanıb'


criminal.az saytına giriş yoxdur. 17june2017

Sayt rəhbəri iddia edir ki, bir əsgərin faciəsi ilə bağlı materialın dərcindən sonra sayt Azərbaycan ərazisində bloklanıb, rəsmi qurumsa deyir, “xəbərimiz yoxdur”

“Rəhbərlik etdiyim criminal.az saytı (eyniadlı domen ünvanında yerləşir) bu il iyunun 16-dan səhər saat 10.00 radələrindən sorğulara cavab vermir. Faktiki, Azərbaycan ərazisində bloklanmış vəziyyətdədir”.

Buna da bax:​ 'Hakimiyyətə işləyən məlum sayt bu barədə ətraflı yazmışdı'

“GÖSTƏRİŞ OLMAYIB”

Bunu Criminal.az saytının rəhbəri, jurnalist Anar Məmmədov deyir. Onun sözlərinə görə, saytın fəaliyyətinin ölkə ərazisində dayanmasıyla bağlı uyğun texniki-profilaktiki baxış keçirilib. Bəlli olub ki, criminal.az domen ünvanında yerləşən veb-resurs kənardan müdaxilə nəticəsində Azərbaycan ərazisində internet istifadəçiləri üçün qapalı vəziyyətə düşüb:

“Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdim. Bildirildi ki, onlara hər hansı göstəriş olmayıb və bloklanma həyata keçirilməyib. Nazirlikdən Delta Telekom-la əlaqə saxlanılması məsləhət görüldü. Delta Telekom-dan isə sorğumuza cavab olaraq bildirildi ki, bu barədə məlumatları yoxdur. Araşdırmaqsa imkanları xaricindədir”.

Anar Məmmədovun sözlərinə görə, sayt yalnız proxy proqramı ilə açılır və bir də ölkə xaricindən daxil olmaq mümkündür.

Buna da bax:​ CPJ: ‘Hökumət vebsaytların bloklanması cəhdini dayandırmalıdır’

ƏSGƏR ÖLÜMÜYLƏ BAĞLI YAZI

A. Məmmədov deyir, saytın bloklanmasına səbəb ola biləcək yazı dərc olunub:

“İyunun 15-də saytda “Bakıya əsgər cənazəsi gəldi, bir ailənin yeganə övladı və son üzvü öldürüldü” başlıqlı yazı dərc olunmuşdu. Yazıya hərbi hissədə qətlə yetirilmiş bir əsgərin faciəsi ilə bağlı fotolar və video da əlavə olunmuşdu. Saytın bloklanmasına səbəb də bu materialı görürəm. Bundan əvvəl saytımızda bloklanmaya səbəb ola biləcək başqa yazı olmayıb”.

Rabitə və İnformasiya Nazirliyindən “Qaynar xətt”ə bildirilib ki, qurum criminal.az saytının bloklanmasından xəbərsizdir. Delta Telekom-dan isə, hələlik, AzadlıqRadiosu-nun sorğusuna cavab verilməyib.

Saytın fəaliyyəti bərpa olunmasa, Anar Məmmədov məsələni məhkəmə müstəvisinə çıxaracağını deyir.

Buna da bax: 'Nazirliyin 'get filan saytları blokla' demək hüququ yoxdur'

XATIRLATMA

Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil sayta giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciətilə belə bir addım atılıb.

Mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla bir neçə müstəqil sayt bloklanıb.

Söhbət AzadlıqRadiosu-nun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Buna da bax: Azərbaycanda bəzi saytlara giriş niyə əngəllidir?

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG