Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Daha bir 'Gəncə məhbusu' azadlığa buraxılıb


E.Əliyev
E.Əliyev

Gəncə hadisələrinə görə həbs olunub, 6 ildən 9 ilə qədər həbs cəzası almış 7 nəfərdən biri - Elvin Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Bu, avqustun 23-də Bakı Apellyasiya Məhkəməsində olub. Amma bu 7 nəfərin haqqında qərarı Gəncə Apellyasiya Məhkəməsinin hakimləri verib.

Qərara əsasən, məhkəmə E.Əliyevə 1 il cəza təyin edib, bu müddət də tamam olduğuna görə azadlığa buraxılıb.

Məhkəmə digər altı nəfərdən üçünün cəzasını 2 ilə, qalan üçününkünü də 5 ilə endirib. Təqsirləndirilən şəxslərə CM-in 220.2 (kütləvi iğtişaşlar) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələriylə verilən ittihamlar həmin maddələrin birinci bəndinə tövsif olunub. Yalnız 315-ci maddə ilə təqsirləndirilənlərə 2, digərlərinə isə 5 il cəza verilib.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlamayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada isə yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Gəncə olaylarına görə 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində dörd nəfər məhkəmə zalından azadlığa buraxılıb.

«Gəncə işi» üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.

Həbs olunanlar məhkəmədə saxlanarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG